"Şuşa həbsxanası erməni əsgərlərlə doludur" - Erməni zabit
Bir müddət əvvəl həbs edilən erməni ordusunun zabiti Ermənistanın müdafiə nazirinə günahsız olduğu ilə bağlı açıq məktubla müraciət edib.
Leytenant Aram Ağayan məktubunda bildirir ki, 2015-ci ilin sentyabrın 8-i saat 02:50 radələrində qarovul xidmətinə cəlb edilmiş hərbi qulluqçu Rudik Qriqoryan xidmət yerində olmadığına görə onun yatdığı kazarmadakı çarpayısından oyadarkən aralarında kiçik münaqişə və çəkişmə baş verib.
O, bu hadisə ilə əlaqədar ona qurma cinayət işinin açıldığını və saxta məhkəmə qərarı ilə həbs edildiyini bəyan edib:
“Şuşa həbsxanasında Ədliyyə Nazirliyinin nəzarətindən kənar qalan, daim Ermənistan vətəndaşları olan məhbus hərbi qulluqçular saxlanılır. Məhbuslar arasında Ermənistandan olan zabitlər də çoxluq təşkil edir. Müdafiə Nazirliyindən kimsə həm həbsxanada olarkən, həm də məhkəmə zamanı hərbi qulluqçu kimi taleyimlə maraqlanmayıb”.
O, eyni zamanda bildirib ki, erməni ordusunda qanunsuzluq hökm sürür. Hərbi qulluqçu qeyd edib ki, hadisə 8 sentyabr 2015-ci il tarixdə baş versə də, cinayət işi 19 sentyabr 2015-ci il tarixdə açılıb və işi araşdıran müstəntiq cinayət baş verməmişdən əvvəl, yəni 2 sentyabr 2015-ci il tarxidə zərərçəkən tərəfdən izahat götürdüyünü qeyd edib.
“Toplanmış materiallardan da bi işin qurma, saxta və sifarişli olduğu məlum olur” - deyən erməni zabit, məktubunda erməni ordusunun rəhbərliyinə çatdırır ki, yalnız sözdə “Ordu böyük bir ailədir” şüarını söyləməklə olmaz, gərək əməli tədbirlər görülsün: “Hazırda orduda hökm sürən vəziyyət çox pisdir və heç bir erməni ailəsinin ordudakı ailəyə bənzəməsini istəmirəm”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...