Azərbaycanda 22 əcnəbi saxlanıldı
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 nəfər Türkiyə, 7 nəfər Pakistan, 4 nəfər Hindistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla ümumilikdə 22 nəfər əcnəbi saxlanılıb.
Araşdırma zamanı ölkədə qanunsuz yaşadıqları üçün Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılmış 9 nəfər Türkiyə vətəndaşının küllü miqdarda pul qarşılığında Avropaya göndərilmək məqsədi ilə Türkiyədə yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildikləri məlum olub.
Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Suleyman Kayikciogluna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Sulyeman Kayikciogluna məxsus “İNSMARK” şirkəti tərəfindən qeyd olunan 9 nəfər əcnəbiyə iş və müvəqqəti yaşama icazəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstərib. Lakin Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin faktiki olaraq “İNSMARK” şirkətində işləmədikləri aşkarlanıb, onların yalan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.
Azərbaycanda müvafiq yaşama icazələri ləğv edilmiş əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya göndəriləcəklərinə inanaraq, müxtəlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qaçırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.
Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş 1 nəfər Türkiyə vətəndaşı, 4 nəfər Hindistan vətəndaşı və 7 nəfər Pakistan vətəndaşı, 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.
Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təsdiqini tapıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək