XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 300 saylı məktəbin direktoru İradə Xəlilova “nataraz ailə” adlandırdığı şagirdi polisə verdi

300 saylı məktəbin direktoru İradə Xəlilova “nataraz ailə” adlandırdığı şagirdi polisə verdi

300 saylı məktəbin direktoru İradə Xəlilova “nataraz ailə” adlandırdığı şagirdi polisə verdi
24-01-2018, 10:29

Təhsil xalqın gələcəyidir. Bu bir həqiqətdir. Ancaq o da acı bir həqiqətdir ki, xalqın gələcəyini məhv etmək üçün hər cür oyunlardan çıxan oyunbazlarda az deyil. Əvvəlcə onu qeyd etməliyik ki, Mikayıl Cabbarovun Təhsil Nazirindən Vergilər Nazirliyinə transfer olması və hələ də indiyə qədər həmin posta təyinat aparılmaması “başsız” qalan təhsilimizin başına “corab hörən” məktəb direktorlarının əl-qolunu da genişləndirib. Hər cürə qanunsuz əməllərlə məşğul olan məktəb direktorları ndan biri də Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbin direktoru İradə Xəlilovadır.
Redaksiyamıza Samirə Qurbanova tərəfindən şikayət məktubu daxil olub. O, şikayət məktubunda məktəbin direktoru İradə Xəlilovanın misli görünməyən, ağıla sığmaz əməllərindən yazır: O, yazır ki, övladı Qurbanov Rəvan Seymur oğlu 9 “C” sinifinin şagirdidir. Lakin məktəb direktoru İradə Xəlilova heç bir səbəb olmadan onu Binəqədi rayon 7 –ci polis bölməsinə verib. İradə Xəlilova öz şikayətini belə əsaslandırıb ki, şagirdin davamiyyəti aşağıdır, o tez-tez dərsdən yayınır. Qəribə bir mənzərə yaranıb. İlk dəfədir ki, görürük şagird dəsrdən yayındığı və ümumiyyətlə məktəbə getmədiyinə görə onu polis şöbəsinə şikayət edirlər. Adətən görmüçük ki, şagir dərsdə iştirak etmədiyi üçün ona qayıb qoymalı və sinfdə saxlanılır. Daha bu hallara görə şagirdin polis verilərək məhşəl əyağına çəkilməsini görməmişik. Amma İradə Xəlilova öz təcrübəsində bunu da bizə göstərdi.
Digər tərəfdən görmüşük ki, şagird dərsdə özünü yaxşı aparmazsa, belə deyək “nadinclik” edərsə valideyin iclası keçirlərək bu haqda onun valideyninə irad bildirilməlidir. Marqlıdır ki, Rəvan Qurbanov dərsə gəlmədiyi halda sinif rəhbəri və direktor tərəfindən bu haqda onun valideyninə xəbər verilibmi? Və yaxud şagir məktəbə gəlmədiyi halda bircə dəfə də olsun direktor və müəllim maraqlanıbmi ki, şagirdi niyə və nə səbəbə məktəbə gəlmir?..
Məktəb direktoru hələ bu azmış kimi, şagirdin üzünə qarşı “siz nataraz ailəsiniz” deməklə ailəsindəki ziddiyyətləri qabarıq şəkildə başına qaxınc edərək onu sinif yoldaşlarının yanında alçaltması heç bir halda müəllimə(yə),ələlxüsusda məktəb direktoruna yaraşmır. Məktəbdə bir ailədir. Heç də əbəs yerə deyilməyib ki, uşağın ikinci valideyini onun müəllimidir. Əyri və düz yolu şagirdə məhz elə müəllimi öyrədir. Görünür, İradə Xəlilova 9-cü sinif şagirdinə “nataraz ailə” deməklə bu sözün onun psixologiyasına necə mənfi təsir etdə biləcəyini düşünməyib. İradə Xəlilova sevinməlidir ki, nə yaxşı ki, şagird intihar etməyib.
P.S, Məsələ ilə bağlı adıçəkilən məktəblə telefon əlaqəsi saxladıq. Zəngimizə cavab verən şəxs adını açıqlamasa da, bizə bildirdi ki, Rəvan Qurbanov adında şagird bu məktəbdə təhsil almır. Ancaq telefonun trupqasını qulağında bir qədər kənara tutaraq yanındaki kiməsə xırda pıçıltıyla “Rəvanın anası jurnalistlərə şikayət edib” deməsinə də duyduq. Əmin olduq ki, bu məktəbdən bizi də aldadırlar.

Mövzuya qayıdacağıq.

RealMedia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.