SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda sürücülər İcra müavinindən şikayətçidir

Sumqayıtda sürücülər İcra müavinindən şikayətçidir

Tarix:

22-01-2018, 13:09

/ 1 325 dəfə oxundu.
Sumqayıtda sürücülər İcra müavinindən şikayətçidir

Sumqayıt şəhər sakinləri olan bir neçə sürücü bu gün redaksiyaya zəng edərək şikayətlərini bildirib. Onların şikayəti Sumqayıt şəhər İcra hakimiyyətinin müavini Sahib Quliyevdəndir. Şikayətçilər bildirib ki, “biz qanuni olaraq fəaliyyət göstərsək də, şəxsi mülkümüz olan avtomobilərimiz əllərimizdən alınıb. Hansı orqana gediriksə, bizə deyirlər ki, gedin Sahib Quliyevdən icazə alın.”
Şikayətçilərdən biri, Sumqayıt-Lənkəran marşurut xətti üzrə 50 bc 326 nömrəli fordla sərnişin daşıyan Səlimov Marif (şikayətçinin əlaqə tel-0772200691) saytımıza bildirib ki, 10 gündən çoxdur maşınını əlindən alıblar: “Səbəb Bakı-Sumqayıt xətti üzrə işləyən uyğunsuz fordlardır. İcra məmurları onlara qarşı reyd apararkən məni də onların gözünə qatdı. Halbuki mənim həm Sumqayıt avtovağzalı ilə rəsmi müqaviləm var, həm də ki nəqliyyat komitəsindən işləmək üçün “ fərqlənmə birkası” almışam. Fevral ayının 8-ə kimi fərqlənmə nişanımın vaxtı var. Bunun üçün pul ödəmişəm. Tamamilə vergi-DSMF qaydasında işləyən kasıb bir sürücüyəm. Qazancımla himayəmdə olan ailəmi saxlayır, eyni zamanda vergi ödəyicisiyəm. İcra məmurlarından şəxsi mülkümü geri istəsəm də, deyirlər ki, hələlik gözlə. Əgər bizim işimiz qeyri-qanunidirsə, onda bizə işləmək üçün “fərqlənmə nişanı”nı hansı səbəblə verirlər?! Niyə bizi vergi- DSMF-də sənədləşdirirlər?!Onu da deyim ki, idarə etdiyim avtomobildə sərnişin üçün nəzərdə tutulan oturacaqlar icazəyə uyğundur: 16+1”

Digər şikayətçilər isə aşağıdakılardır:

Ağayev malik 10mş318 (050 646 04 34)

Rəcəbov İmamverdi 90de136 (0506101462)

Hacıyev İlyas 50ck264 (050 3009664)

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, hazırda komissiya işləyir. Nəticə ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bir neçə dəfə Sumqayıt-Bakı istiqamətində marşurut fordlar ağır nəticələrlə tamamlanmış qəza törətdiyindən sərnişin daşıyan “ford” mövzusu həmişə gündəmdə olmuşdur. Lakin araşdırmalar göstərmişdir ki, ağır qəzaların baş vermə səbəbi onların “ford” olması deyil, sürücülərin qeyri-qanuni fəlaiyyəti, avtomobillərin texniki baxımdan uyğunsuz olması, nəzərdə tutulan həddən artıq sərnişin götürmələri olmuşdur.

Birlik.az

Şərhlər

XƏBƏR LENTİ