“Smetana Luga”nın istehsalçısı tənqid edilib- Azərbaycan dilinə görə+FOTO
“Smetana Luga” – Azərbaycanda istehsal edilən xama tənqid edilib.
AFN xəbər verir ki, bir nəfər sosial şəbəkə istifadəçisi yerli istehsal olan xamanın fotosunu paylaşaraq keyfiyyətli məhsul olduğunu qeyd edib, eyni zamanda yerli məhsul olduğu üçün insanları onu alıb yerli sahibkarlara dəstəl olmağa çağırıb. Həmin çağırışa isə digər sosial şəbəkə istifadəçilərinin münasibədi birmənalı olmayıb. Belə ki, Azərbaycanın Kürdəmir rayonunda istehsal olunan məhsulun üzərindəki yazıların rus dilində olması etiraz doğurub. İnsanlar yerli məhsulun üzərindəki təqdimatın nə üçün rus dilində olmasını sorğulayıblar. Paylaşım sahibi bunun uğurlu ixrac naminə belə edildiyi ehtimalını irəli sürüb. Lakin qeyd etmək yerinə düşər ki, ixrac üçün nəzərdə tutulan məhsulun üzərinə ixrac olunacağı ölkənin dilində məlumat əlavə olaraq yazılmalıdır, “Smetana Luga”da isə bu, əksinədir.
Obyektivlik naminə qeyd etməliyik ki, bir sıra istifadəçilər həmin xamadan istifadə etdiklərini və keyfiyyətindən razı qaldıqlarını bildiriblər.
Məhsulun istehsalçısından mövqe almağa çalışacağıq.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...