Şəhidlərin "Qan pulu”nun verilməməsinə etiraz – "Heç olmasa bu dəfə insafa gəlin!”
Azərbaycanın tanınmış hüquqşünası, vəkil Aslan İsmayılov öz facebook səhifəsində şəhid ailələrinə və Qarabağ əlillərinə verilməli olan, 25 ildir verilməyən "Qan pulu” - Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası məsələsini qaldırıb.
A.İsmayılovun statusunu oxuculara təqdim edir:
"Qarabağ müharibəsindən 25 il keçir. Bu gün də Qarabağ müharibəsində həlak olanların ailəsinə "qan pulu” deyilən 11 min manat birdəfəlik müavinət ödənilməyib. Bu pulu gözləyənlərin çoxları rəhmətə gedib və yəqin ki, o dünyada bizə haqlı olaraq lənət oxuyurlar. Sağ qalanların da dərman puluna ehtiyacları var. Neftin qiyməti yüksək olanda pulları dağıtdılar. İndi yenə neftin qiyməti qalxır, heç olmasa, bu dəfə insafa gəlin, o pulları ödəyin. Hər dəfə o ailələrdən mən müraciət edib pulların ödəniləcəyini soruşanda mən utanıram. Bir az da o hissdən sizdə olsun. Nə olar?! Axı deyirlər ki, qan pulunu yemək olmaz".
P.S. O pulu alacaq insanlar da çox qalmayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək