“Qoca”nı həbsdən qaçıran qadının həbsi uzadıldı
“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva və onları aparan taksi sürücüsü Məhəmməd Hacıyev həbs müddəti artırılıb.
Nəsimi Rayon Məhkəməsində istintaq orqanının bu barədə təqdimatına baxılıb. Məhkəmə müstəntiqə "hə" deyib və hər iki şəxsin həbsdə qalma müddəti 2 ay uzadılıb.
Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.
Təxminən 30 yaşlı subay qadın “Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.
Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.
Daha sonra E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.
Müğənni Fədayə Laçın da "Qoca"ya kömək etməkdə təqsirləndirilərək həbs edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...