XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakı Biznes Universiteti də ləğv edilir?-İbad Abbasov təftiş olunacaq

Bakı Biznes Universiteti də ləğv edilir?-İbad Abbasov təftiş olunacaq

Bakı Biznes Universiteti də ləğv edilir?-İbad Abbasov təftiş olunacaq
17-01-2017, 12:03

Bakı Biznes Universiteti də fəaliyyətini dayandıra bilər.

Bu barədə adının çəkilməsini istəməyən təhsil ekspertlərindən biri məlumat verib. Onun sözlərinə görə, universitetin lisenziya müddəti sonuncu tədris ilində qurtarsa da, hələ ki, yenilənməyib: “Mənim bildiyim qədər Təhsil Nazirliyi hələlik Bakı Biznes Universitetinin lisenziyasını yeniləməyib. Səbəb isə burada təhsilin səviyyəsinin aşağı olmasıdır. Əslində Təhsil Nazirliyindən olsa bu müəssisəyə yeni lisenziya verər, sadəcə olaraq, yuxarılardan hələ göstəriş gəlməyib və ola bilsin ki, heç gəlməyəcək də”.

Həmsöhbətimiz deyir ki, BBU-nun adı çoxlu neqativ məsələlərdə hallanıb: “Tələbələrdən rüşvət alınmasından tutmuş, qanunsuz tələbə köçürülməsi, qanunsuz qəbula qədər bir çox məsələlərdə adı sıx-sıx hallanan bir ali təhsil ocağının fəaliyyətinin uzun müddət davam etməsi mümkün deyil. Buna misal kimi bu gün (dünən-red.) bağlanan Təfəkkür Universitetini göstərmək olar. Bir bu universitetin (BBU-nun) adını google-da axtarış verin, görün universitetdəki vəziyyətdən, rektor İbad Abbasovdan nələr yazılır. Elə bir vəziyyət yaranıb ki, artıq onu və universitetdəki “köməkçiləri”ni Eldar Mahmudovla onun “çetesi”nə bənzədirlər. Siz heç rast gəlmisiznizmi ki, Bakı Biznes Universitetində hansısa nailiyyətlərin əldə olunmasından, hansısa qabaqcıl təcrübənin tətbiqindən bəhs edilsin? Şəxsən mən bir təhsil eksperti kimi bunun şahidi olmamışam. Ola bilər universitet hansısa kiçik bir məsələni böyüdüb təqdim etsin, amma söhbət təcrübədən gedir. Son illərdə heç vaxt da BBU-nun adı öncül universitetlər sırasında çəkilmir”.

Qeyd edək ki, BBU-nun lisenziyasının ləğv olunacağı ilə bağlı media hələ bir müddət əvvəl də yazmışdı. Bildirilirdi ki, universitet özünü doğrultmadığı üçün fəaliyyətinin dayandırılması daha məqsədəuyğun hesab edilir.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Tərəfdar.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.