XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Özünü 600 manata görə öldürüb! - Təhsil haqqını ödəyə bilmirmiş

Özünü 600 manata görə öldürüb! - Təhsil haqqını ödəyə bilmirmiş

Özünü 600 manata görə öldürüb! - Təhsil haqqını ödəyə bilmirmiş
9-01-2018, 13:14

Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.

Bu sözləri açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.

Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: "Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.

Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.