XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıt Təhsil Şöbəsi müdrinin kreslosunun isinməmək səbəbləri - Araşdırma

Sumqayıt Təhsil Şöbəsi müdrinin kreslosunun isinməmək səbəbləri - Araşdırma

Sumqayıt Təhsil Şöbəsi müdrinin kreslosunun isinməmək səbəbləri - Araşdırma
8-01-2018, 18:09

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məzmun hissəsində qeyd edilir – “Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir”.
Azərbaycan dövləti prioritet sahələrin inkişafını diqqət mərkəzində saxlamaqla yanaşı, bu sahələrin sürətli inkişafının təmini üçün bir çox qanunların qəbul edilməsi istiqamətində əməli işlər görmüş və görməkdədir. Demokratik - hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində, davamlı inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin iştirakı danılmazdır.
Ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirən qanunlar bəzi hallarda təsadüfü seçilmiş kadrlar tərəfindən kobudcasına pozlur.
Azərbaycan təhsilinin tərkib hissəsi olan Sumqayıt təhsil şöbəsində son zamanlar müdir kreslosu isinmək bilmir və nəvazişə möhtac qalıb. Ya müdir əvəzi kresloya əyləşib onu isitmək dərəcəsinə çatdıra bilmir, ya da ki, təyin olunan yeni müdir “yaxşı” işlərinə görə daha böyük vəzifəyə təyin olunur. Nəticədə zərbə təhsilin inkişafına dəyir.
Sumqayıt Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyinatların qısa xronologiyasını araşdırdıqdan sonra bu müdirlərin bəyliklərinin qısa sürməsinin səbəblərini “kəşf” etməyə çalışdıq.
Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuş Zakir Fərəcov ilk olaraq adı korrupsiya burulğanında hallanan, şəhər təhsil şöbəsinin müdirinin səlahiyyətləri icra edən Vaqif Ələkbərovu tutduğu vəzifədən azad etdi.
Vaqif Ələkbərovdan estafeti 4 saylı orta məktəbin direktoru vəzifəsində çalışmış Səmədov Teymur Qırımxan oğlu Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunmaqla qəbul etdi.
Sumqayıt Təhsil şöbəsinin müdiri kreslosunu isitməyə macal tapmayan Teymur Səmədov Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunur.
Təhsil şöbəsinin müdiri vəsifəsində işlədiyi qısa zaman kəsiyində öz yerinə real namizədi seçmək qabiliyyətini əxz etmiş Teymur Səmədov, özü kimi az bir vaxtda “yüksəlişə” nail olmuş Ruhiyyə İsabala qızı Tağıyevandan başqa namizədləri görə bilmədi. Sumqayıt şəhər 24 saylı orta məktəbin direktoru vəzifəsində çalışdığı dönəmdə “qara mühasibatlığı” “layiqincə” öyrənmiş R. Tağıyeva üçün təbii ki, təhsilin inkişafı maraqlı deyildir. Əsas odurki, qaz vur qazan dolsun.
Sumqayıt təhsilinə Ofelya Babayevadan sonra son 20 ildə ilk dəfə olaraq Sumqayıt təhsilinə xanım müdir təyin edilməsini rəğbətlə qarşılayan şəhər əhalisi öz zənnlərində yanıldıqlarını çox tez başa düşdülər.
Sumqayıt şəhər əhalisi kimi Şəhər rəhbərliyi də təyinatlarının yanlış olduğunu görüb bu dəfə Sumqayıt Təhsil Şöbəsinə kriteriyalı namizəd təyin etmək qərarına gəlirlər. Sumqayıt Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru vəzifəsində çalışan Nizami Namazovun namizədliyi “xüssusi” səsçoxluğu ilə qalib olur.
Beləliklə də Nizami Rza oğlu Namazov Sumqayıt Təhsil Şöbəsinə müdir təyin olunur. Elmi fəaliyyətində bir çox “nailiyyətlərə” çatmış yeni müdirdən həm rəhbərlik, həm də övladlarının təhsili üçün narahatçılıq keçirən şəhər əhli təhsildə inkişaf gözləyirdi. Bəs reallıq necədir? Bu suala cavab verməməzdən əvvəl Nizami müəllimin pedoqoji fəaliyyəti ilə bir az tanış olmağa çalışaq.
Nizami Namazov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə indiki BDU-nun bioloq, biologiya və kimya müəllimi ixtisasları üzrə bitirmişdir. 2006-cı ildən AMEA-nın Mikrobiologiya İnstitutunda elmi fəaliyyətə başlamış və 2010-cu ildə həmin institutun dissertantı kimi "Azərbaycanın müxtəlif biotoplarından ayrılmış mikromisetlərin proteolitik aktivliyi” mövzusunda dissertasiya işi müdafiə etmiş, nəticədə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda yuxarıda adı çəkilən institutun qiyabi şöbə üzrə doktoranturasında elmlər doktorluğu adı almaq üçün elmi iş üzərində çalışır. 6 dərs vəsaitinin, 1 izahlı biologiya lüğətinin, 1 test kitabının, 2 tədris proqramının, ölkəmizdə və xaricdə nəşr olunan 35-dən çox elmi məqalə və tezislərin, həmçinin ölkəmizin qəzet və jurnallarında dərc olunmuş bir sıra publisistik məqalələrin müəllifidir. Bir ixtirasının müəllifi kimi Avroasiya patenti almışdır.
2016-cı ildə ABŞ-ın Biblioqrafiya İnstitutu tərəfindən dünyanın tanınmış alimləri sırasına daxil edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi Nizami Namazov Təhsil şöbəsinə müdir təyin ounmamaışda öncə Sumqayıt Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru vəzifəsində çalışmışdır. Verdiyimiz sualı cavablandırmazdan qabaq müdirin rəbər vəzifə tutduğu universitelə bağlı statistik rəqəmləri sizlərin diqqətinə çatdırmaq istərdim.
Sumqayıt Dövlət Universitetinin 2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə tələbə qəbulu planı 40 ixtisas üzrə 1865 nəfərə qarşı 1394 nəfər və ya 74,7% yerinə yetirilmişdir. Tələbə qəbulu planı “Riyaziyyat” ixtisası üzrə 23,3%, “İnformasiya texnologiyaları” ixtisası üzrə 10,0%, “Psixologiya” ixtisası üzrə 20,0% yerinə yetirilmiş, “Kimya”, “Biologiya” və “Müsiqi müəllimliyi” ixtisasları üzrə isə tələbə qəbulu olmamışdır.
Magistratura təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 2014/2015 tədris ilində 174 nəfərə qarşı 113 nəfər və ya 64,9 %, 2015/2016-cı tədris ilində 213 nəfərə qarşı 108 nəfər və ya 50,7%, 2016/2017-ci tədris ilində 229 nəfərə qarşı 100 nəfər və ya 43,7% yerinə yetirilmişdir.
Bu o demək deyil ki, Magistratura təhsil səviyyəsi üzrə təhsil alanların sayı azalıb. Xeyir. Sadəcə SDU-ni ağuşuna almış neqativ hallar təhsil alanları universitetdən uzaqlaşdırmasının nəticəsidir.
Dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstərmişlər.
İndi deyəcəksiniz ki, əjdahanın məsələyə nə dəxli? Bizim əsas məqsədimiz Nizami müəllimin də rəhbər vəzifə tutduğu ali təhsil ocağında baş verənlərə baxıb, yeni müdir Nizami müəllimin rəhbərliyi altında Sunqayıt təhsilini nələr gözlədiyinə Sizlərin proqnoz verməsini təmin etməkdi.
Biz də özlüyümüzdə MİP.Az olaraq Nizami Namazov müdir təyin olunduqdan sonra keçən bir il ərzində nələr baş verdiyini rəqəmlərlə ətraflı şəkildə Sizlərə təqdim edəcəyik.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

MİP.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.