SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ölkədə kağız qıtlığı yaşanır - Qəzetlər çətin durumda

Ölkədə kağız qıtlığı yaşanır - Qəzetlər çətin durumda

Tarix:

8-01-2018, 09:24

/ 1 920 dəfə oxundu.
Ölkədə kağız qıtlığı yaşanır - Qəzetlər çətin durumda

Ölkədə ciddi şəkildə qəzet kağızı qıtlığı yaranıb. Nəticədə yanvarın 7-də ölkədə fəaliyyət göstərən qəzetlərin çapında problem yaşanıb. Bildirilir ki, bəzi qəzetlər yarı tirajla çap olunub, bəziləri isə ümumiyyətlə çapa gedə bilməyib.

Mətbəə işi ilə məşğul olan mütəxəssislər “Yeni Müsavat”a bildiriblər ki, hazırda əksər nəşriyyatlarda kağız yox səviyyəsindədir:

“Məlum olduğu kimi, ölkəyə əsasən kağız Rusiya və Ukraynadan gəlir. Bu ölkələrdə isə həm Yeni il tətilinin uzun çəkməsi, həm də qiymət artımının gözlənilməsi zavodların işində dəyişiklik yaradıb. Belə ki, qiymət artımı gözlənildiyi üçün zavodlar Yeni ildən öncə ödənişləri qəbul etməyiblər. Qiymət artımından sonra isə sifarişlər qəbul edilsə belə, kağızın göndərilməsi 2 həftəyə qədər zaman alır. Ona görə də mətbəələrdə hazırda ehtiyat kağızlar tükənməkdədir”.

Ekspertlər bildirirlər ki, bu hallara hazır olmaq üçün ölkədə kağız ehtiyatı təəssüf ki, mövcud deyil.

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli də qeyd edib ki, Azərbaycan indiyə qədər kağız istehsalına başlamalı idi: “Əslində kağız istehsalı çox sadə bir modelidir. 150 ildən çoxdur ki, dünyada artıq bunun istehsalında primitiv yoldan ən müasir texnologiyaya qədər keçilib. Azərbaycanda isə istehsalı qura bilməmişik. Qonşu ölkələrdən, əsasən də Rusiyadan asılıyıq. Hökumət zaman-zaman qəzet kağızının ucuzlaşması üçün qərarlar verir. Ancaq görünən odur ki, hələ bu problem həll olunmayıb. Bəli, ölkədə kağız ehtiyatı yoxdur. Nəticədə xaricdən asılılığımız qalmaqdadır. Hazırda qıtlığın yaranmasına səbəb isə, ola bilər ki, qiymət dəyişiklikləri ilə bağlıdır. Çünki son zamanlar qiymətin artacağı ilə yaxın ətraf ölkələrdə siqnallar var idi. O cümlədən də Rusiyadan da ilin sonunda belə bir bəyanatlar səsləndirildi ki, istehsal xərcləri artdığı üçün kağızın qiymətini qaldıra bilərlər. Mümkündür ki, bu artım baş verib və hələ də yeni qiymətlərə uyğunlaşıb, ölkəyə kağız ixrac etmirlər. Strateji olaraq Azərbaycan özü çox da böyük xərc və yeniliklər tələb etməyən kağız istehsalına başlamalıdır. Bu, çox vacib məsələdir. Xammalı almaq olar, daxili resursların hesabına da bir qisim problemin həlli mümkündür. Azərbaycanın meşə örtüyü azdırsa, Rusiyadan hazır kağızı yox, xammal kimi ağacı almaq daha əlverişlidir. Bu, həm də ucuz başa gələr. Eyni zamanda yerli istehsal, əlavə iş yerlərinin də yaranmasına səbəb olar. Sabah elə situasiya yaranar ki, Rusiya bizə kağız satmaqdan imtina edər. Nəticədə başqa ölkələrə çıxış əldə etmək, kağızı ölkəyə daha baha qiymətə gətirmək məcburiyyətində qalarıq. Azərbaycanda ikinci istehsalın təşkil edilməsi üçün də imkanlar var. Hələ sovetlər dönəmində xatırlayırıq ki, məktəblərdə bizi makulatura yığımına cəlb edirdilər. Yəni kağız məmulatlarını dəfələrlə təkrar istehsal etmək mümkündür. Ən azından ölkədə makulaturanın yığımından da xammal kimi istifadə edib, yeni bir zavodun, istehsal sahəsinin açılmasını təşkil etmək olar. Buna ehtiyac var”.

Şərhlər

XƏBƏR LENTİ