SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sinoptiklər və yol polisi xəbərdarlıq edir: "Sürüşmə ehtimalı var"

Sinoptiklər və yol polisi xəbərdarlıq edir: "Sürüşmə ehtimalı var"

Tarix:

17-02-2017, 10:43

/ 1 565 dəfə oxundu.
Sinoptiklər və yol polisi xəbərdarlıq edir: "Sürüşmə ehtimalı var"

Yol polisi paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun lent.az-a verdiyi məlumata görə, hazırda paytaxtda avtomobillərin intensiv hərəkəti müşahidə edilsə də, artıq 4 qəza hadisəsi baş verib: "Bir daha avtomobil sürücülərinə müraciət edirik. Qarlı hava şəraiti davam edir. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər. Paytaxtın əsas yolları təmizlənsə də, enişli-yoxuşlu küçələrdə, keçidlərdə sürüşmə ehtimalı var".

V. Əsədov xatırladıb ki, belə hava şəraiti dövlət nömrə nişanlarının və işıq cihazlarının da görünməsini çətinləşdirir. Bu isə sürücülər üçün əlavə inzibati məsuliyyət yaradır.

SİNOPTİKLƏR DEYİR Kİ...

“Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: “Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək”.

G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: “Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir”.

O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib

Şərhlər

XƏBƏR LENTİ