SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR

Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR

Tarix:

17-02-2017, 10:07

/ 5 063 dəfə oxundu.
Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR

Xəbər verdiyimiz kimi, Naxçıvanda dəbdəbəli qəbirüstü abidələrin, tikililərin sökülməsinə başlanılıb.

İş icraçıları bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmr imzaladığını bildirir. Onların sözlərinə görə, həmin əmr Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən hazırlanan "Qəbiristanlıqlar haqqında” qanun layihəsi əsasında verilib. Məlum olduğu kimi, qeyd olunan qanun layihəsində qəbir daşlarının standart ölçülərdə olması, qəbirüstü sərdabələrin tikilməsinə qadağa qoyulması nəzərdə tutulub.

Məlumata görə, qəbirlərin üstündəki əlavə tiklilər, eləcə də, qəbrin ətrafını bağlayan dəmirdən və ya daşdan olan hasarlar tamamilə sökülür, səliqə-sahman yaradılır. Bununla əlaqədar olaraq, ilk olaraq qəbir yiyələrinə məlumat göndərilir, söküntünün onların özləri tərəfindən aparılması istənilir ki, istifadə olunan materialları götürə bilsinlər.

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev Naxcivantv.az-a deyib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli qərarına əsasən, mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması zəruridir: “Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara əsasən, hər bir məzarın eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olaraq müəyyənləşdirilib”.

Lakin hazırda muxtar respublika ərazisində mövcud olan qəbiristanlıqlarda qəbirlərin əksəriyyəti dəmir çəpərlərlə əhatələnib. Buna səbəb qəbiristanlıqların ümumi ərazilərinin əvvəllər çəpərlənməməsi, eləcə də insanların dini biliklərinin az olmasıdır. Bununla yanaşı, qəbiristanlıqlarda dəfn zamanı qəbirlərin ölçüləri müəyyən edilmiş qaydalara uyğun olmadığından və əlavə məzar yerləri zəbt olunduğundan qəbiristanlıq əraziləri israf olunub.

Bu qanunauyğunsuzluqların aradan qaldırılması məqsədilə, muxtar respublikanın bütün bölgələrində ümumi ərazisi əvvəlcədən çəpərlənmiş qəbiristanlıqlarda abadlıq işlərinə və dəmir çəpərlərə alınmış məzarların çəpərlərinin vəfat edənlərin yaxınları tərəfindən söküntüsünə başlanılıb. Hazırda bir çox yerlərdə işlər artıq yekunlaşıb.

Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR
Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR
Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR
Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR
Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR
Vasif Talıbovun "qəbiristanlıq əməliyyatı": Əvvəl və indi... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ