XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bayraq, gerb və himnlə bağlı qanun layihələri müzakirəyə çıxarılacaq

Bayraq, gerb və himnlə bağlı qanun layihələri müzakirəyə çıxarılacaq

Bayraq, gerb və himnlə bağlı qanun layihələri müzakirəyə çıxarılacaq
23-12-2017, 14:04

Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq, bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək
“Reproduktiv sağlamlıq haqqında”, “Psixoloji sağlamlıq haqqında, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında “, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında” qanun layihələri parlamentin “2018-ci il yaz sessiyasının işlər planı”na daxil ediləcək.

Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, hazırda “Əlillərin sosial təminatı haqqında” qanun layihəsinə Prezident Administrasiyasında baxılır. Qanun layihəsinin bu ilin sonunadək Milli Məclisə daxil olması gözlənilir. Həmçinin “Reproduktiv sağlamlıq haqqında”, “Psixoloji sağlamlıq haqqında, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında “ qanun layihələri Milli Məclisin “2017-ci il payız sessiyasının işlər planı”na daxil edilmişdi. (azvision.az)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.