SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dəmiryol Xəstəxanasının işçiləri niyə işdən azad edildi...

Dəmiryol Xəstəxanasının işçiləri niyə işdən azad edildi...

Tarix:

21-12-2017, 12:15

/ 5 144 dəfə oxundu.
Dəmiryol Xəstəxanasının işçiləri niyə işdən azad edildi...

“Bir müddət əvvəl xəstəxananın özəlləşdirilməsilə bağlı sərəncam verildi. Daha sonra isə həmin sərəncam ləğv edildi. Ona görə də xəstəxananın boşaldılmasından söhbət getmir. Heç bir həkim, yaxud digər işçilər işindən çıxarılmayıb. Hər kəs öz işinin başındadır”. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nadir Əzməmmədovun açıqlamasını Sizlərə çatdırdıq.
Orada çalışan işçilərin və tibbi heyyətin çoxuna bildirilib ki, 2017-ci ilin yanvar ayından işə gəlməsinlər. Səbəb kimi bildirilir ki, xəstəxanada maliyyə problemləri var. Bu səbəbdən də, işçilərin çoxu ixtisar edilir. Xəstəxananın isə yanvar ayından bağlanacağı, yaxud da, özəlləşdiriləcəyi deyilir.
Məsələ ilə əlaqədar Mərkəzi Dəmir Yol Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan bildirdilər ki, bu barədə məlumatlar yayılıb. Lakin hələlik rəsmi qərar yoxdur. Bildirildi ki, hələlik xəstəxanaya xəstə qəbulu dayandırılmayıb. İşçilərdə tutduqları vəzifədə çalışır.
Xatırladaq ki, yayılan məlumatlarda, redaksiyamıza göndərilən məktublarda bildirilib ki, işçilər yeni baş həkimin(keçmiş baş həkim müavini) Müşviq Mirzəyevin işçiləri kabinetinə dəvət edərək müqavilə sənədinə qol çəkdirməyi sonda işçilərin tutduqları vəzifədən azad olmasına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən Nazirlər Kabineti özəlləşdirilməyə açılan qeyri-profil dövlət müəssisəsi və obyektinin siyahısını təsdiqləyib. Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu əmlaklarla yanaşı, dövlət başçısının adıçəkilən Fərmanının 1.1.1-ci bəndi ilə müəyyən olunmuş siyahıya daxil olmayan və Fərmanın 4.2-ci bəndinə əsasən 215 dövlət müəssisə və obyekti də özəlləşdirilməyə açıq elan olunub.
Bununla da, ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb. Bu müəssisələrin siyahısı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet resursu və privatization.az özəlləşdirmə portalında yerləşdirilib.
Qeyd edək ki, siyahıda Bakı Dəmir Yolu Xəstəxanasının da adı var idi.
Redaksiyamıza daxil olan məktubların birində 20 ildir adı çəkilən xəstəxanada labarant vəzifəsində çalışan Qubadlı rayonundan qaçqın düşmüş Sima Atakişi qızı İsgəndərova qızı 3 uşaq anası, həyat yoldaşını itirmiş, Qarabağ müharibə iştirakçısı, Müharibə vetranı bu il iyul ayının 1 də M. Mirzəyev tərəfindən qeyri qanuni olaraq işdən azad edilmişdir. S. İsgəndərovaya xəstəxanın kadrlar şöbəsinin rəhbəri Flora xanım hansına kağıza qol çəkməyini istəsədə Sima xanım imtina edib. Baş həkimin qəbulunda olan 3 uşaq anası Sima İsgəndərova işdən çıxarmağın səbəbini soruşanda Müşviq həkim xəsətxana pullu xidmətə keçdiyi üçün ştatların ləğv olunduğunu bildirib. Baş həkim S. İsgəndərova qol çəksəndə çəkməsəndə onsuzda işdən azadsan deyib qışqırır. 59 yaşında 20 il iş stajı olan bir işçinin belə bir qanunsuz işdən qovlanması hansı qanunauyğunluqdur? Əli hər şeydən üzülən S. İsgəndərova bu haqsız qərarı anlaya bilməyərək bizə müraciət edib.
Eyni xəsətxananın bakterioloq həkim Südabə Xəlilova da baş həkim Müşviq Mirzəyev tərəfindən kadrlar şöbəsinin rəhbəri tərəfindən hansısa kağıza qol çəkdirilib. 25 ilin həkimi baş həkimin qəbuluna girərək ailədə yeganə işdəyən şəxs olduğunu, həyat yoldaşı və oğlunun olmadığını bildirəndə Müşviq Mirzəyev Südabə xanıma səni ərə verməliyəm deyərək gülümsəyib. S. Xəlilova Baş həkimə işə çox ehtiyacı olduğu üçün yalvarsada baş həkim ona qapını görsədərək işdən azadsan get deyib otaqdan qovub.
5 il xəsətxananın biokimya həkimi Günel Zeynalova kadrlar şöbəsinə dəvət olunaraq ştat ləğv olunub deyə məcburi çəkildə kağza qol çəkdirilərək işdən azad olunub.
20 ildən çox xəstəxanada çalışan, Rəhilə Əliyeva (keçmiş şöbə müdiri) həkim lobarant işdən azad olunub.
25 il həkim işləmiş Nazilə Əzimovanın da başına eyni məslə baş həkim və kadrlar şöbəsi tərəfindən gətirilib.
Ümumilikdə tək laboratoruya şöbəsindən 4 həkim və 5 laborant qeyri qanuni işdən azad olunub.
Laboratoriyanın şöbə müdiri müəllim ixtisası olan Rübabə Məhəmməd qızı Quliyeva ona sərf etməyən həkim və lobarantların adlarını siyahıya alaraq onların işdən çıxmasına fərman verən baş həkimə verib.
Laboratoriya şöbəsində isə bütün xəsətlərin analizləri Yasamal rayonunda yerləşən "Medi Plus" tibb mərkəzində yoxlanılır. R. Quliyeva şöbədə bir gün ərzində 60-80 xəstənin qan analizini özəl tibb mərkəzinə göndərir. Şöbədə isə gün ərzində 5 xəstə qanı analizi həyata keçirilir. Beləliklə gün ərzində 1500, 2500 azn pul yığılan tək laboratoriya şöbəsində heç bir madiyyat çatışmazlığından söhbət gedə bilməz. "Medi Plus" tibb mərkəzinin sahibi olan Rübabə Quliyeva burdan tutduğu qan analizlərini həyat yoldaşı və oğlunun nəzarətində olan özəl məkanda yoxladıb pulları mənimsəyir.
Laboratoriyada isə ancaq necə deyərlər klent tutur. Burda çalışan həkim və laborantlarsa gündə ən çox 5 cə xəstənin analizini yoxlamağa məcburdular.
"Azərbaycan Dəmir Yolları" QSC Mərkəzi Dəmiryol Xəstəxanasında bu minvaldan 700 nəfərə yaxın işçi baş həkim Müşviq Mirzəyev tərəfindən tutduqları vəzifədən kənarlaşdırılmışdır.
Yerlərinə isə yeni əməkdaşlar cəlb olunub. Xəstəxana sahibi olan M. Mirzəyev isə işdən azad olunanların “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun əmri olduğunu deyir. Millət vəkili olan C.Qurbanovun bu məsələdən xəbəsiz olduğu mətbuatda yayılıb. Biz inanmırıq ki, Qaygıkeş, diqqətli, səmimi və öz işinin öhdəsindən layiqincə gələn Hörmətli Cavid Qurbanov öz ədalətli qırarını verəcək. Baş həkim tərəfindən gedən kütləvi azad etmə və yeniləri ilə əvəzlənmə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrindən bu məsələlər məharətlə gizlədilir.
Qarşıdan ölkəmizin önəmli məsələsi olan Prezident seçkiləri gəldiyi halda həkimləri hakimiyyətə qarşı yönəldən Müşviq Mirzəyev kimə xidmət edir?
Xəstəxananın kolektivini tənqid edib, təhqir edərək işdən qovan baş həkimə kim krışalıq edir?
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir istəməzdik ki, yeni il ərəfəsində 4 cü hakimiyyət olaraq belə bir məmura yaraşmayan və haqsız, qanunsuz işdən azad olunan həkimlərimiin haqqı tapdalansın. Bu gün təhsil alıb, işlə təmin olunub işləyən tibb işçilərinin belə baş həkimlər tərəfindən tutduqları vəzifədən uzaqlaşdırılması məncə ən azından vicdansızlıq və hörmətsizlikdir. 2017 ci ilin iyulundan işdən azad olunan və baölanacağı ilə işdən azad olunanlar 2018 ci ilə işsiz keçir.
Biz 2017 ildə kütləvi surətdə işdən azad olunan bu gün haqsız yerə işsiz qalan 18 yaşı tamam olmayan və ya ailədə tək işləyən şəxs olduqlarını nəzərə alıb, bu qanunsuz əməlləri törədən baş həkimin mövqeyini öyrənməyə hazırıq.

azpress.tv

Şərhlər

XƏBƏR LENTİ