XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)

Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)

Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)
9-12-2017, 13:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ döyüşləri zamanı sağlamlığını itirən Fariz İmanova əlillik dərəcəsi vermir.
Bu barədə Qaynarinfo-ya Qarabağ qazisinin özü məlumat verib. O, 2010-cu ildən əlillik dərəcəsi almaq üçün nazirliyə müraciət etdiyini, lakin hələ də bir nəticə olmadığını bildirib:
"1992-ci ildə Qarabağ müharibəsi zamanı könüllü olaraq ərizə yazıb cəbhəyə getdim. Ağdam-Ağdərə cəbhəsi istiqamətində döyüşlərdə iştirak etmişəm. Döyüşlər zamanı minaya düşüb, sol ayağımdan yaralanmışam. Həmin vaxt Ağdam rayonunun Sancalı kəndində hərbi hospitalda cərrahi əməliyyat keçirmişəm. Bədənimdəki qəlpələr çıxarılsa da, bəziləri hələ də durur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, mənə ”sol budun yuxarı 1/3 hissəsində ön-arxa səthinin qəlpə yaraları" diaqnozu qoyulub. Müalicə alındıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb, hərbi əməliyyatlarda iştirak etmişəm.
2010-cu ildə əlillik statusu almaq üçün sənədlərimi toplayıb Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Mənə dedilər ki, həkimin verdiyi qərarı və forma 88-i dəyişdirməlisən. Həmin qərar da ömürlük bir dəfə verilir. Bunu Mingəçevir Hərbi Komissarlığı da təsdiq edib.
Ordan sənədlərim Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndərildi. Mərkəzdə yoxlanış zamanı böyrəyimdə, ödümdə, ciyərimdə problem çıxsa da, həkimlərdən biri dedi ki, "şəkəri yoxdursa, deməli sağlamdır". Orada normal bir həkim yoxdur, ancaq kimlərinsə sifarişi ilə işləyirlər. Yarım metrliyimdə partlayan mina məni qaldırıb yerə çırpıb. O vaxtdan başımda travma var. Qulağımın biri demək olar ki, eşitmir. Ayağımda hələ də qəlpə qalıb, amma həkimlər raport yazdılar ki, aldığı yaralar ona əlillik statusu verilməsi üçün yetərli deyil. İşi belə görüb məhkəməyə müraciət etdim, lakin bu da heç bir nəticə vermədi".
Şikayətçi problemi ilə bağlı prezident İlham Əliyevə və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Sözügedən müraciəti təqdim edirik:
Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)
Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)
Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)
Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)
Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)
Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)
Nazirlik Qarabağ qazisinə əlillik dərəcəsi vermir (ŞİKAYƏT)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.