SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Grand Hause” mebel mağazasında müştərilər aldadılır- ŞİKAYƏT+FOTOFAKT

“Grand Hause” mebel mağazasında müştərilər aldadılır- ŞİKAYƏT+FOTOFAKT

Tarix:

8-12-2017, 16:48

/ 1 483 dəfə oxundu.
“Grand Hause” mebel mağazasında müştərilər aldadılır- ŞİKAYƏT+FOTOFAKT

Məhəmməd Hadi 2 ünvanında, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Grand House” mebel mağazasında vətəndaşlar aldadılır, istehlakçı hüquqları pozulur.
Belə bir iddia ilə müraciət ünvanlayan Məhəmməd Hadi 81 ünvanında yaşayan Gülnaz Həsənova çıxış edib. Onun sözlərinə görə, adıçəkilən mağazadan 1300 manat dəyərində künc divanı sifariş edib: “Divanı vitrində gördük bəyəndik, ödəniş edib sifariş verdik. Sifariş edən zaman yalnız kənarların dərisini dəyişdik. Bir neçə gündən sonra bizimlə əlaqə saxlayıb dedilər ki, divanın üstündə gördüyümüz parça keyfiyyətsiz çıxdığı üçün satışdan çıxarılıb, başqa parça seçməliyik. Qızımla gedib yenidən seçim etdik, onların təklif etdiyi parçanı qəbul etdik. Amma nə əvvəl, nə də sonra gedəndə divanın ölçüsündə heç bir dəyişiklik etmədik, hətta dedik ki, ölçülər qalsın. Çünki bir orda soruşmuşduq ki, bunu qısaldanda qiymət azalırmı, dedilər yox, biz də dedik onda eyni ölçüdə verin. Söz verdikləri vaxtdan bir neçə gün keçdikdən sonra sifariş edilən mal evə gətiriləndə gördük ki, bizim vitrində gördüyümüzdən tamamilə fərqlidir. Nə keyfiyyətdə, nə yaraşıqda, nə də ölçüdə onun eyni deyildi. Halbuki biz vitrində görüb bəyənib yüngül dəyişikliklə sifariş vermişdik. Fəhlələrə dedik, dedilər bizlik deyil, mağazada sifarişi götürən qıza zəng etdik, dedi ki, bəli, bu variant bir az balacadır. Evə gətirilən divanın yastıqları həddən artıq böyük və kobud formada düzəldilmişdi. Bu bir yana qalsın, evə gətirilən divan vitrində gördüyümüzdən çox balaca idi. Bizim sifariş etdiyimiz 6 hissəli idi, binlar bizə 4 hissəli divan göndəriblər. Mağazaya etirazımızı bildirdik, dedilər ki, yolunuz düşəndə yastıqları gətirin dəyişək. Oğlum apardı dəyişdilər, amma ölçüsünü böyunlarına götürmürlər”.
Şikayətçi həm vitrində gördüyü və sifariş etdiyi, həm də mağazanın onlara gətirdiyi divanın fotolarını da təqdim edib. Aşağıda həmin fotoları təqdim edəcəyik.
Məsələ ilə bağlı adıçəkilən mağazanın da mövqeyini öyrəndik. Mağazanın meneceri Türkan Vəliyeva ittihamları qəbul etmədi. Bildirdi ki, vətəndaş hansı malı sifariş edibsə, onu da təqdim ediblər: “Gülnaz xanım bizdən künc divanı bəyənib seçib, deyib ki, rəngi eyni olsun, amma dərisini dəyişin. Biz də maraqlandıq gördük o rəng parça yoxdur, özünə zəng edib dedik, gəldi başqa parça seçdi. Sadəcə mal evə aparılandan sonra zəng edib dedi ki, yastıqlar çox yekə çıxıb, yığcam edin, dedik problem deyil, kimsə burdan keçəndə gətirib versin düzəltdirib göndərək, oğlu gətirib verdi, dəyişdik”.
Ölçü probleminə gəldikdə, menecer bu ittihamla da razılaşmadı: “Deyir ki, mən sizdən soruşanda dediz vitrindəki divanın kiçik hissəsi 2 metrədir. Biz axı onu necə deyə bilərik ki, ölçəndə 2.40 gəlir. Biz ona dedik ki, sizə göndərdiyimizin kiçik hissəsi 2.10-dur. Deyir yox, mən elə oradakını istəyirdim, deyirik yaxşı onda gətirib 2.40-lığı qoysunlar”.
Qeyd edək ki, istehlakçı hüquqları ilə bağlı müvafiq qanunvericiliyin tələblərinə əsasən istehlakçı aldığı malın keyfiyyətindən narazıdırsa 14 gün müddətində onu dəyişmək və ya qaytarmaq hüququna malikdir. Mağaza buna razılaşmasa vətəndaş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə Dövlət Xidmətinə müraciət edə bilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı bildirdi ki, vətəndaşın məhkəməyə qədər gemtəyə hüququ var: “Ərizə ilə bizə və aidiyyatı dövlət qurumuna müraciət etsinlər, lazım gəlsə məhkəmə yolu ilə qaytarılacaq həmin mal”.
Mövzunu diqqətdə saxlayacağıq.

AFN
“Grand Hause” mebel mağazasında müştərilər aldadılır- ŞİKAYƏT+FOTOFAKT

“Grand Hause” mebel mağazasında müştərilər aldadılır- ŞİKAYƏT+FOTOFAKT

Vitrindəki
“Grand Hause” mebel mağazasında müştərilər aldadılır- ŞİKAYƏT+FOTOFAKT

Evə gətirilən

Şərhlər

XƏBƏR LENTİ