SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ana və 4 qızının cəsədi tapıldı... - Dəhşətli qətllə bağlı rəsmi açıqlama

Ana və 4 qızının cəsədi tapıldı... - Dəhşətli qətllə bağlı rəsmi açıqlama

Tarix:

7-12-2017, 11:28

/ 1 407 dəfə oxundu.
Ana və 4 qızının cəsədi tapıldı... - Dəhşətli qətllə bağlı rəsmi açıqlama

Daxili İşlər və Baş Prokurorluq Salyan rayonunda ana və 4 qızının öldürülməsi ilə bağlı açıqlama yayıb.

Daxil olan məlumata görə, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxslər 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şərhlər

XƏBƏR LENTİ