TANINMIŞ KLİNİKANIN SAVADSIZ HƏKİMLƏRİ - N.Tusi adına klinikadan- ŞİKAYƏT
- 4-12-2017, 16:16
- 31 666
MRTmüayinəsindən keçmək üçün həkim mənə anasteziya inyeksiyasını damara vurarkən səhvən əzələyə düşdü və qolum şişdi. Həkimlər təcili qolumu sarıdılar. Nəticədə bu günə qədər barmaqlarımı hərəkət etdirə bilmirəm. Beləliklə MRT şəkilləri çəkildi. Bəzi problemər üzündən və həmin ərəfədə anam dünyasını dəyişdiyi üçün müalicəmi bir müddətə dayandırmalı oldum. Bu vaxt ərzində israilli həkim öz ölkəsinə geri döndü.Bir müddət sonra Bakıdakı Koreya Şərq təbabəti klinikasına müraciət etdim.
Koreyalı həkim mənim N.Tusi adına klinikada “MRT” çəkilmiş filmlərə baxdıqda çox təəccübləndi və bildirdi ki, filmlər kiçik yaşlı uşağın cızma-qarasına oxşayır və heç nə oxunmur. Həkim belə nəticəyə gəldi ki, çəkiliş zamanı tərpəniş olub və ya mütəxəssis yaxşı olmayıb. Buna görə də həkim tövsiyyə etdi ki, yenidən “MRT” çəkilişi etdirim. “MRT”filmlərinin yenilənməsi məqsədi ilə N.Tusi adına klinikaya yenidən zəng etdim və vəziyyəti bildirdim.Telefon zənginə cavab verən əməkdaş mənə hədə- qorxu gəldi və “Əgər sən bura gəlsən həkimlər səni parçalıyacaq, çünki sən şikayət edirsən” ifadəsini işlətdi. Buna baxmayaraq, mən sakit halda klinikanın əməkdaşından xahiş etdim ki, məni həkimlə əlaqələndirsin. Lakin bu günə qədər zənglərim cavabsız qalır və ya kobud sözlərlə qarşılaşıram.Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə şikayyət etdim və mənə yazılı surətdə cavab verildi.
Cavabda bildirlirdi ki, şikayətiniz dövlət xidməti tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılmışdır və müəyyən olunmuşdur ki, mənim tərəfimdən N.Tusi adlı klinikaya bu məsələ ilə əlagədar yazılı və ya şifahi şəkildə müraciət edilməyib, həmçinin “MRT”filmlərinin saxlanılma şəraitinə düzgün əməl olunmadığından yararsız hala düşə biləcəyini bildirmiş və bu barədə mənə ətraflı məlumat verilmişdir.Bir daha qeyd edirəm kı, klinika “MRT”filmlərinin çəkilişini düzgün aparmayıb.Müalicəmi davam etdirmək üçün yeni “MRT”çəkilişlərinin olması lazımdır ki, buna da, mənim imkanım yoxdur.01.11.2017-ci il tarixində mənim mobil telefonuma zəng olundu. Zəng edən şəxs (050) 291-57-89 nomrədən zəng vurmuşdur. Özünü N.Tusi adına klinikanın baş həkimi kimi təqdim etdi. Adının Afət xanım, soyadının Məhəmmədlı olduğunu bildirdi. Danışığının heç bir müsbət nəticəsi olmadı. Mənin pulumu aldılar, “MRT” çəkdilər, amma heçnə oxumaq olmadı, şikayət edəndə də, dedilər ki, həkimlər səni parçalayar.”
TİA.AZ