SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirin ambulansları satması təsdiqlənir: təcili yardım da pullu olacaq

Nazirin ambulansları satması təsdiqlənir: təcili yardım da pullu olacaq

Tarix:

16-02-2017, 00:42

/ 1 682 dəfə oxundu.
Nazirin ambulansları satması təsdiqlənir: təcili yardım da pullu olacaq

İlkin tibbi xidmət müəssisələrinə müəyyən edilən adambaşına məbləğə və əhatə etdikləri əhali sayına uyğun olaraq ödəniş edilməsi lazımdır

Tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət nəticələrinə uyğun olaraq, ilkin tibbi xidmət müəssisələrinə illik bonuslar ödənilməsi planlaşdırılır.

Ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulur.

Bu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında öz əksini tapıb. Hesabatda da göstərildiyi kimi, təcili tibbi yardım da pullu olacaq.

Səhiyyə naziri Oqtay Şirəliyev iddia edirdi ki, "Hazırda təcili yardım, ambulator poliklinika xidməti tam pulsuzdur". Bu sözləri eşidən hər bir vətəndaş bilir ki, nazir ictimaiyyəti aldatmaq istəyir.

Çünki Şirəliyev bu xidmətləri "pulsuz" elan edib həkimlərə adi yod belə vermir. Nəticədə Şirəliyevin apardığı "islahatlar" nəticəsində həkim alverçiyə çevrilir. Bununla da nazirlik vətəndaşlara məcburi şəkildə dərman preparatlarını satdıraraq pul qazanır.

Ambulanslar da satılır. Təcili yardımı pullu xidmətə keçidi yazdıqlarımızı dolayısı ilə təsdiqləyir.

Azərbaycana xaricdən gətirilən təcili yardım maşınları paylanmır. Səhiyyə Nazirliyi ambulansların paylanması üçün təcili tibib yardım məntəqələrindən və xəstəxanalardan pul tələb edir.

Səhiyyə Nazirliyinin (SN) Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) fəaliyyəti qənaətbəxş deyil.

Bu barədə ayrı-ayrı KİV-lərdə silsilə tənqidlərin dərc edilməsinə baxmayaraq, stansiyanın baş həkimi Mürsəl Həmidov fəaliyyətindəki nöqsanları aradan qaldırmaq barədə qətiyyən də olsa fikirləşmir.

Baş həkim təcili yardım maşınlarının ünvanlara vaxtında çatmamasını yolların tıxac olması ilə əsaslandırsa da, bu özünümüdafiədən başqa bir şey deyil. Belə ki, yollar tıxac olmayanda belə təcili yardım işçiləri xəstənin yanına çox gec çatırlar.

Bunun müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, dövlət tərəfindən Mürsəl Həmidovun stansiyasına verilən yanacaq maşınların yanacaq çəninə tam şəkildə vurulmur.

Şərhlər

XƏBƏR LENTİ