SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat həyəcan təbili: “Sahibkarlar pis vəziyyətə düşəcək”

Deputat həyəcan təbili: “Sahibkarlar pis vəziyyətə düşəcək”

Tarix:

15-02-2017, 00:26

/ 1 805 dəfə oxundu.
Deputat həyəcan təbili: “Sahibkarlar pis vəziyyətə düşəcək”

Azərbaycanın bir çox banklarda dolların satış və alış məzənnəsinin daha da enməsi müşahidə olunur

Milli Məclisin deputatı Əli Məsimli baş verənləri şərh edərkən deyib ki, bu bankların “qara bazar” rolunu oynamasının təzahürüdür.

Onun sözlərinə görə, ötən ildən başlayaraq sərt kredit siyasəti yeridilir. Bu siyasətin davamı kimi dövriyyədə manat azalır: “Bu Mərkəzi Bankın həyata keçirdiyi
siyasətin nəticəsidir. Ümumiyyətlə götürəndə isə 4 faizlik marja aradan qalxıb. Bundan sonra baş verən hadisələr açıq aydın göstərir ki, marja olanda qara bazarı kim genişləndirirdi.

Məlum olur ki, qara bazarı məhz bir sıra banklar genişləndirirdi. İndi həmin qara bazar rolunu banklar özləri həyata keçirməyə başlayıblar və çalışırlar ki, əhalinin əlində olan dollarları aşağı qiymətə alsınlar. Bir müddətdən sonra isə baha qiymətə satacaqlar. Bunu isə hansısa zaman kəsiyində eləmək olar”.

Ə.Məsimli bildirib ki, neftin qiymətinin sabit qalması da qiymətlərin dəyişməsinə rol oynayır: “Ən dəqiq proqnoz verən qurumlar da yaxın vaxtlarda neftin qiymətinin nəzərə çarpacaq dərəcədə artacağı barədə heç bir proqnoz verməyib.

Eyni zamanda kapital axını, yəni Azərbaycana daxil olan və çıxan valyuta nisbətini götürsək, yenə də kapital axının qarşısının alınması istiqamətində də elə bir ciddi işlər görülməyib. Bunları müqaisə edəndə manatın dollara nisbətdə kursunun qalxması müəyyən zaman kəsiyində olan hadisədir.

Əgər ortada kimlərsə manatın kursunu süni surətdə qaldırıb pul qazanacaqsa, bu Azərbaycan iqtisadiyyatına, maliyyə sektoruna müsbət təsir göstərməyəcək.

Sahibkarlar, bizneslə məşğul olanlar daha pis vəziyyətə düşəcəklər və əhaliyə də belə spekulyasiyalardan zərbə dəyəcək. Əgər süni surətdə manatı sıxmaq siyasəti yürüdülürsə, bir müddətdən sonra dollar kəskin surətlə bahalaşa bilər. Bu da hesab edirəm ki, indiki dövrdə arzuolunan hal deyil”.

Şərhlər

XƏBƏR LENTİ