Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma
Nəsimi rayonu 14 saylı tam orta məktəbin “3-Ç” sinfinin şagirdlərinin dərsə getməməsi ötən gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məlumata görə, bu gün də 31 uşağın valideyni övladlarını dərsə göndərməyib.
Qeyd edək ki, valideynlərin etirazı ötən gün “Qafqazinfo”da işıqlandırılmışdı.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hazırda psixoloqların, BŞTİ-nin mütəxəssislərinin iştirakı ilə araşdırma davam edir. Vəziyyət dünənkindən dəyişməyib. Çünki ilk növbədə valideynlərin mövqeyi uzlaşdırılmalıdır. Hələ ki belə uzlaşma yoxdur. Valideynlər arasında söhbət aparılır. Məktəb hamıya oxuması üçün bərabər imkanlar yaradır. Bunu qanunvericilik tələb edir.
Araşdırma nəticəsində psixoloqlar, mütəxəssislər müvafiq rəy verəcək. Məktəbdə tədris olduğu kimi davam edir. Hər hansı məktəbli dərsə getməyəndə məktəb onun valideyni ilə əlaqə saxlayır. Uşaqların dərsdən qalmağı valideynlər üçün narahatlıq yaratmalıdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək