SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Melissa Park"a qarşı fırıldaq ittihamı... - İDDİA

"Melissa Park"a qarşı fırıldaq ittihamı... - İDDİA

Tarix:

27-11-2017, 17:22

/ 1 540 dəfə oxundu.
"Melissa Park"a qarşı fırıldaq ittihamı... - İDDİA

Paytaxtda fəaliyyət göstərən tikinti şirkətləri "4,4 % effektiv üsul” adı ilə müştəriləri aldadır.

Belə ki, Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır.

"Melissa Park” kimi inhisarçı tikinti şirkətləri hazırda bu yolla müştəriləri özlərinə cəlb etməyə çalışır.

Xırda hesablama aparaq: "Melissa Park” yaşayış komleksində (Həsən bəy Zərdabi, küç 92A) mənzilin bir kvadratının qiyməti mərtəbədən asılı olaraq 1560-1790 manat arası dəyişir.

Kompleksdən 92.9 kv.m sahəsi olan mənzili almaq istəsəniz hər kv. metr üçün 1790 ödəməlisiniz. Mənzilin tam dəyəri - 92.9x1790=166,291 manat edir.

İlkin ödəniş 10 % (16,629 manat) ödəsəniz, yerdə qalan məbləği (166,291 – 16629 = 149,662 manat) 20 il hər ay 1251 manat ödəməlisiniz.

Beləliklə müştəri 20 il ərzində 1251 x 240 ay = 300,439 AZN toplam ödəniş həyata keçirəcək. Bunun 149,662 manatı əsas məbləğ, 150,777 manatı isə faiz məbləğidir. Beləliklə, dəyəri (baha olmasına baxmayaraq) təxminən 166 min manat olan mənzil üçün hər bir müştəri 150 min manat (təxminən evin şişirdilmiş dəyəri qədər) faiz ödəməlidir.

Tikinti şirkətlərinin reklam fırıldağına münasibət bildirən iqtisadçı Vüqar Bayramov dünyanın heç bir yerində bu qiymətə və belə yüksək faizlə işləyən tikinti şirkətlərinin olmadığını deyib:

"Effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onları real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır. Əgər müştəri 4,4 faizlə kredit götürə bilməyəcəksə, mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksək faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4,4 faizdirsə, o zaman real faiz şərtlərdən asılı olaraq 2 dəfəyə yaxın çoxdur. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə belə, yenə də müştərilərin aldadılması davam edir. Bu şirkətlər hətta müştəriləri cəlb etmək üçün mənzil və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr, təəccüblənməyin. Məsələn, avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda real qiymətin 25 min manat, elan edilənin isə effektiv qiymət olduğunu bildirəcəklər. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər”

Axar.az

Şərhlər

XƏBƏR LENTİ