SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mədəniyyət və Turizm İdarəsində böyük pul yeyintiləri

Mədəniyyət və Turizm İdarəsində böyük pul yeyintiləri

Tarix:

24-11-2017, 10:21

/ 1 135 dəfə oxundu.
Mədəniyyət və Turizm İdarəsində böyük pul yeyintiləri

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi (İdarə) tərəfindən ayrı-ayrı illər üzrə büdcə vəsaitinə olan tələbat üzrə proqnoz göstəriciləri hazırlanarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməmiş, bəzi xərclər üzrə real tələbat və ötən illərin icrası nəzərə alınmamış, ayrı-ayrı təşkilatlardan büdcə vəsaitinə olan tələbat barədə sifarişlər tələb edilməmiş, həmçinin zərurət olmadığı halda bəzi xərc maddələri üzrə dürüstləşmə aparılsa da, artırılmış xərclərdən istifadə olunmamış, nəticədə icra ilkin təyinatdan aşağı olmuş, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən auditlə əhatə olunan illərdə büdcədənkənar vəsaitlər üzrə daxilolmalar müvafiq olaraq 27,3 %, 30,4% və 44,7% təşkil etmişdir.
Əməyin ödənilməsini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək işçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, iş günlərinin düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən işçilərə tam vəzifə maaşı ödənilməsi, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin düzgün müəyyənləşdirilməməsi, işdən azad edilən işçilərə son haqq-hesabın düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilmiş, bəzi hallarda tədris planında nəzərdə tutulmuş fənn saatlarının tədrisi tam təmin edilməmiş, bəzi mədəniyyət evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılmışdır.
Malların (iş və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın, eləcə də, dövlət satınalmalarını tənzimləyən digər qanunvericilik aktlarının bəzi tələblərinə bir sıra hallarda əməl edilməmiş, satınalmaların birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq alınsa da, alınmış razılıqdan artıq məbləğə müqavilə bağlanılmış, 2015-ci ildə 8 halda satınalma müqavilələrində nəzərdə tutulmayan mal-material alışı həyata keçirilmiş, vəsait satınalma metodu tətbiq edilmədən xərc edilmiş, 49 halda keçirilən satınalmalar üzrə müqavilələrdə nəzərdə tutulmayan malların alışı həyata keçirilmişdir.
Təşkilatlar tərəfindən xüsusi vəsaitlər üzrə əldə edilən gəlirlər birbaşa müvafiq bank hesabına təhvil verilməmiş, təşkilatlardan nağd qaydada təhvil götürülsə də 42214,0 manat vəsait uçota alınmamış, təmir-tikinti işləri üzrə debitor borclar vaxtında bağlanılmayaraq müqavilə şərtlərinə əməl edilməmişdir.

Şərhlər

XƏBƏR LENTİ