SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məcburi köçkün vəkilindən şikayətçidir

Məcburi köçkün vəkilindən şikayətçidir

Tarix:

23-11-2017, 10:30

/ 1 771 dəfə oxundu.
Məcburi köçkün vəkilindən şikayətçidir

Şuşa şəhərindən məcburi köçkün olan, hazırda Bakı şəhərində məskunlaşmış Hacıyev Ziyafəddin Məhərrəm oğlu redaksiyamıza gələrək vəkilindən şikayətlənib. Şikayətçi qeyd edib ki, rəhbəri olduğu şirkəti ilə bağlı ötən ilin iyul ayında metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən Hüquq Məsləhətxanasının vəkili Salahar Məhəmməd Rza oğlu müqavilə bağlayıb:
“Vəkilin şəxsində tapşırıq müqaviləsi bağladıq. Onu imzalayıb möhürlərimizlə təsdiq etdik. Vəkil bunun çox asan bir iş olduğunu bildirdi və az bir vaxtda həll edəcəyini öhdəsinə götürdü.
Müqavilədə nəzərdə tutulan bütün şərtləri mən tam şəkildə yerinə yetirdim, 6 ay müddətinə etibarnamə də təqdim etdim. Ancaq vəkilə etibar etdiyim üçün müqaviləyə nəzərdən keçirməmiş imza atdım".
Şikayətçi qeyd edib ki, müqavilənin olmasına baxmayaraq artıq bir ildən çoxdur ki, vəkildən işin gedişatı haqqında heç bir rəsmi məlumat və ya bir sənəd ala bilmir: “Hər dəfə bildirir ki, bütün işlərin hamısını həll etmişəm, bir-iki günə verəcəm. Beləliklə bir ildən çox vaxt keçib, lakin vəkildən nə sənədləri, nə də ödədiyim vəsaiti geri ala bilmirəm ki, başqa vəkilə müraciət edim”.

Məcburi köçkün məsələ ilə bağlı aidiyyəti orqanlardan köməklik göstərilməsini istəyib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Vəkil Məhəmməd Salahar qeyd etdi ki, müştərisi ilə aralarında anlaşılmazlıq olub: “Ziyafəddin Hacıyevin işi ilə bağlı aidiyyəti məhkəmələrə müraciət etmişik. Müəyyən işlər var ki, məhkəmənin gedişatını gözləməliyik. Bəzi anlaşılmazlıqla bağlı o, Vəkillər Kollegiyasına və polis idarəsinə də müraciət etmişdi. Lakin sonra onun özünə də bildirildi ki, bütün məsələlər öz həllini tapacaq”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ