Müdafiə Sənayesi Nazirliyinin binasını Tovuzun Aşağı Quşçu kəndindən olan şirkət təmir edəcək
- 15-11-2017, 11:18
- 2 787
Müdafiə Sənayesi Nazirliyinin binasının təmiri üçün podratçı seçiminə qiymət sorğusu oktyabrın 16-da keçirilib. Müsabiqənin qalibi ayın 19-da elan edilib. Dövlət satınalmalarının reyestrini aparan İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, “Tomris-1” MMC ilə müqavilə oktyabrın 17-də – seçimdə iştirak üçün iddiaçıların müraciətlərinin sonunçu gününün səhəri imzalanıb. Müqavilənin qiyməti – 14 min 987 manatdır.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, İstehlak Mallarının Ekspertizası Mərkəzi (İMEM, bu quruma tabedir – red.) oktyabrın 11-də “Tomris-1” MMC ilə İMEM-nin Quba-Xaçmaz regional şöbəsində təmir işləri üçün 45 min 868 manatlıq müqavilə imzalayıb.
“Tomris-1” MMC bu ilin iyul ayında 20 manat kapitalla Tovuzun Aşağı Quşçu kəndində təsis edilib. Bu şirkət barədə başqa məlumat yoxdur.