SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlik Xədicə İsmayılın bank hesabına həbs qoyulmasını istəyir

Nazirlik Xədicə İsmayılın bank hesabına həbs qoyulmasını istəyir

Tarix:

11-11-2017, 21:27

/ 79 121 dəfə oxundu.
Nazirlik Xədicə İsmayılın bank hesabına həbs qoyulmasını istəyir

Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti 1 Saylı İnzibati – İqtisad Məhkəməsinə müraciət edərək araşdırmaçı jurnalist Xədicə İsmayılın “Kapital Bank”dakı hesabına həbs qoyulmasını istəyib.

Bu haqda jurnalistin özü bilgi verib.

X.İsmayıl deyib ki, bu gün, noyabrın 11-i Vergilər Nazirliyi bununla bağlı ona həm yazılı, həm də onlayn məlumat verib.

Jurnalist vurğulayıb ki, o, bu il beynəlxalq jurnalistika mükafatı ilə təltif edilib. Bu günlərdə həmin mükafata görə, onun“Kapital Bank”dakı hesabına pul vəsaiti köçürülüb. Ancaq X.İsmayıl həmin vəsaiti hesabından çıxara bilməyib.

Araşdırmaçı jurnalist bildirib ki, gündə iki dəfə bankla əlaqə yaradıb, pul vəsaitinin hesabına oturdulmasını istədiyini söyləyib. Ancaq deməsinə görə,bank təmsilçiləri hər dəfə ona “gözləmək lazımdır, araşdırırıq, qərar verilməyib”, məzmunda cavablar veriblər. Jurnalist bu günədək pul vəsaitini hesabından çıxara bilməyib.

Bu gün, noyabrın 11-i jurnalistə bəlli olub ki, artıq Vergilər Nazirliyi noyabrın 8-də məhkəmədən onun bank hesabına həbs qoyulmasını tələb edir.

X.İsmayıl hesab edir ki, Vergilər Nazirliyinin bu addımı onun banka etdiyi müraciətə “yuxarılarda” baxılmasının sonucudur.

Xədicə İsmayılın deməsinə görə, Vergilər Nazirliyindən ona göndərilmiş məktubda bildirilir ki,o, vergi öhdəliyinə vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada əməl etməyib. Nazirlik həmçinin Ali Məhkəmənin ötən ilin mayında X.İsmayıl barəsində çıxardığı qərara istinad etdiyini qeyd edib.

“Halbuki, həmin qərarda hansısa vergi öhdəliyimdən, məbləğdən, mənə qarşı mülki iddiadan söhbət getmir”, deyən jurnalistin sözlərinə görə, Vergilər Nazirliyi ondan 63 min 138 min manata tutulmasını istəyir.Xədicə İsmayılın deməsinə görə, nazirliyin məktubunda vergi öhdəliyinin olması barədə ona bildiriş göndərildiyi də ifadə edilib. Ancaq X.İsmayıl ona hər hansı bildirişin gəlmədiyini deyib.

Jurnalist deyib ki,elə bu gün, noyabrın 11-də Vergilər Nazirliyinin qaynar xəttinə – 195 xidmətinə zəng vuraraq hər hansı vergi öhdəliyinin olub-olmadığını soruşub. X.İsmayılın bildirməsinə görə, “Qaynar xətt”dən oana ”heç bir vergi öhdəliyiniz yoxdur” cavabı verilib.

Vergi öhdəliyi ilə bağlı iddiaları əsaslı saymayan X.İsmayıl nazirliyin məhkəməyə müraciətinə etiraz edəcəyini bildirib.

Jurnalistin bu açıqlamasına, hələlik, Vergilər Nazirliyindən və “Kapital Bank”-dan münasibət almaq mümkün olmayıb.

Şərhlər

XƏBƏR LENTİ