Yeni fırıldaq - Pulunu ver, ərinin yazışmalarından xəbərdar ol+ Video
Hakerlər sosial şəbəkələrdə şəxsi məlumatları ifşa edən xidmətlər təklif etməkdə davam edir. Bu şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə ərzində oğurlayırlar.
Məlumata görə, pul müqabilində həmin şəxs qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edir.
Belə ki, pulunu verirsən və ərinin SMS, “Whatsapp” və sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan.
Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.
İddianın doğruluğunu yoxlamaq üçün telekanalın əməkdaşları deyilən nömrə ilə əlaqa saxlayıblar. Məlum olub ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir.
Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə, qanunlara məhəl qoymadığını bildirib.
İnsanlar isə bunu şəxsi həyata müdaxilə hesab edirlər. Onlar bu təşəbbüsün nikahın dağılması ilə nəticələnə biləcəyini deyirlər.
Qanuna görə, başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar. Kibercinayətkarı isə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...