Azərbaycanda təhsili yarımçıq qalan qızın DƏHŞƏTLİ SONU
Bu gün Masallı rayonunda 15 yaşlı qız intihar edib. Rayonun Kəlbəhüseynli kənd sakini 2002-ci il təvəllüdlü Günay Qədirova (ad şərtidir) özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
Bildirilir ki, qızın valideynləri ayrı yaşayırmış və təxminən 2 ay əvvəl onun atası vəfat edib. Bu ilin yayında isə o, orta təhsilini yarımçıq saxlayaraq, 9-cu sinifdən məktəbdən çıxıb. Belə ki, qiymətləri elə də yaxşı olmayan G.Qədirovanın anası ərizə ilə müraciət edərək, övladının təhsilini davam etdirməsini istəmədiyini bildirib.
Məlum intihar hadisəsinə gəlincə, bildirilir ki, 15 yaşlı qız anası ilə birgə yaşayırmış. Bugünlərdə onlar arasında hələlik tam dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Anası ilə dalaşan qız evdən qaçıb. Bir qədər sonra isə onun bağda özünü asdığı məlum olub. Yeniyetmə qızını axtaran anası onun asılı vəziyyətdə qalmış meyitini tapıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri "Report" yayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...