Deputatın qohumu Qarabağ əlilinə verilən torpağı zəpt edib – Qalmaqal
Uzun illərdir kirayələrdə yaşayan 2 qrup Qarabağ əlili Zaur Ağayevə verilən torpaq sahəsi bir neçə məmur ərəfindən zəbt edilib.
Bu barədə Z.Ağayevin özü məlumat yayıb.
Onun sözlərinə görə Sabirabad rayon icra hakimiyyəti tərəfindən ev tikilməsi üçün ayrılan 350 kvadrat (3 sot yarım) torpaq sahəsi başqası tərəfindən mənimsənilib və hazırda orada tikinti işləri aparılır. Şikayətçi bildirib ki, əslində bu mənimsəmə rayon rəhbərliyinin xeyir-duası ilə baş tutub.
O, bütün bu işlərin başında 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, "Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovun qohumu, rayonun keçmiş memarı Ağarəhim və "Avtobaza”nın müdiri Seyidəmir adlı şəxslərin dayandığını da qeyd edib.
Məslə ilə bağlı "Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov qazilər.az saytına açıqlamasında baş verən qanunsuzluğa öz etirazını bildirib:
"Mən Qarabağ əlili Zaur Ağayevə qarşı olan bu qanunsuzluğu qəti şəkildə pisləyirəm. Bu biabırçılıqdır, rəzalətdir. Necə olur ki, Prezident, cənab İlham Əliyev Qarabağ əlillərinə diqqət və qayğı göstərilməyin vacibliyini deyir, bütün məmurlara bu insanlara qarşı ədalətli olmağı tapşırır, amma icra başçıları buna məhəl qoymur! Bu yolverilməzdir! Bunlar nə fikirləşir?! Belə bir həssas məqamda Qarabağ əlillərini niyə ədalətsizlik edirlər? Rayon icra hakimiyyəti başçılarının bu cür çirkin əməllərindən Prezidentə müraciət edəcəyik!”
Məsələ ilə bağlı rəmsi qurumların mövqeyini təqdim edəcəyik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək