Tələbələrin təqaüdü kəsildi - İslam oyunlarına görə
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin təqaüdü kəsilib.
Bu haqda adının çəkilməsindən ehtiyat edən tələbələr bildirib.
Tələbələrin bildirdiyinə görə, 37 manat təşkil edən təqaüdləri rəhbərlik İslam Həmrəyliyi Oyunlarını bəhanə gətirərək kəsiblər: "Bizə bildirdilər ki daha təqaüd olmayacaq".
Təqaüdlər hər ayın 5-ə qədər kapital Bankın kartları ilə verilirdi.
Məktəbin direktor müavini Şakir müəllim (soyadını təqdim etməyib) Azadlıq Radiosunun rus xidmətinə açıqlamasında təqaüdlərin kəsildiyini təsdiq etsə də, tapşırığın hardan və hansı məqsədlə gəldiyini açıqlamayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev isə faktdan xəbərsiz olduğunu, amma araşdıracaqlarını deməklə kifayətlənib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 18 saylı Bakı Peşə liseyi ilə 3 saylı Bakı Peşə Məktəbi birləşdirilmiş və onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək