SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Rahat" market şəbəkəsi daha bir ünvanı itirdi - FOTO

"Rahat" market şəbəkəsi daha bir ünvanı itirdi - FOTO

Tarix:

6-11-2017, 09:34

/ 64 670 dəfə oxundu.
"Rahat" market şəbəkəsi daha bir ünvanı itirdi - FOTO

Bir neçə ay əvvəl Buzovna qəsəbəsinin mərkəzində yerləşən “Rahat” marketin adı gözlənilmədən dəyişdirilərək “Bazar” supermarket oldu. O zaman marketdə çalışan işçilər bildirdi ki, “Rahat”ın “Bazar” olmasına səbəb spirtli içkilərin satılmasıdır.Yəni bildiyimiz kimi “Rahat” supermarketlər şəbəkəsində heç bir spirtl içki satılmır. Adının dəyişdirildiyi gün supermarketdə çoxçeşidli spirtli içkilər görünməyə başladı.

“Bizimxeber”in əməkdaşının verdiyi məlumata görə aeroprt yolunun üstündə yerləşən daha bir ” Rahat ” marketin adı dəyişdirilərək “Bazar” oldu. Marketin reklamında artıq spirtli içkilər olan lövhəyə də rast gəlinir. Baş verənlərdən anlaşılır ki , ya “Rahat” marketlər şəbəkəsi ləğv edilir, ya da spirtli içkilərin satışı üçün ad dəyişir.

Məlumat üçün qeyd edək ki, sözügedən marketdə axşam saatlarında 10-a yaxın kassa aparatı olmasına baxmayaraq yalnız ikisi fəaliyyət göstərir. Bu isə müştərilərin haqlı narazılığına səbəb olur. Narazılıq bildirən vətəndaşlara isə nəzarətçilərin cavabı çox qəribə olur.” Bu marketdə qaydalar belədir. belə də olacaq”.

İnanırıq ki, yeni ada sahib olan “Bazar” marketdə bu kimi problemlər aradan qaldırılacaq. Müştərilərə daha rahat və keyfiyyıtli xidmət göstəriləcək.

Xatırladaq ki, bir neçə ay əvvəl Təbriz küçəsində yerləşən “Rahat” marketin də adı dəyişdirilərək “Bazar” olmuşdu.
"Rahat" market şəbəkəsi daha bir ünvanı itirdi - FOTO
"Rahat" market şəbəkəsi daha bir ünvanı itirdi - FOTO
"Rahat" market şəbəkəsi daha bir ünvanı itirdi - FOTO

Şərhlər

XƏBƏR LENTİ