Bu bazarda təhlükəli ərzaq var... - Diqqət!
Bakıda “8-ci km bazarı”ndakı ət mağazalarında toyuq əti açıq halda satılır və üzərində mənşəyi, istehsalı ilə bağlı məlumatlar yoxdur. Vətəndaşların bir çoxu bu toyuq ətlərini sağlamlığa təhlükə sayırlar.
Məlumata görə, satıcılar isə toyuq ətinin Ukraynadan və bilmədikləri firma tərəfindən gətirildiyini bildirirlər.
Məsələ ilə bağlı Bakı şəhər Baytarlıq İdarəsindən verilən məlumata görə, markasız halda, mənşəyi məlum olmayan toyuq ətlərinin satışına görə İnzibati Xətalar Məcəlləsində hansısa cərimə nəzərdə tutulmayıb. Ancaq şikayət daxil olarsa, həmin obyektə baxış keçirilir və sahibkara xəbərdarlıq edilir. Bu məsələdə əsas vəzifə isə vətəndaşların üzərinə düşür. Belə ki, vətəndaşlara tanınma nişanı olmayan, istehsal və son istifadə tarixi bəlli olmayan toyuq məhsullarını almamaq tövsiyə olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək