SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezidentin çağırışı ilə Azərbaycana qayıdan iş adamını “Bank VTB” ölkədən qaçmağa vadar edir — ŞİKAYƏT

Prezidentin çağırışı ilə Azərbaycana qayıdan iş adamını “Bank VTB” ölkədən qaçmağa vadar edir — ŞİKAYƏT

Tarix:

3-11-2017, 13:36

/ 90 700 dəfə oxundu.
Prezidentin çağırışı ilə Azərbaycana qayıdan iş adamını “Bank VTB” ölkədən qaçmağa vadar edir — ŞİKAYƏT

Məlumata görə, sözügedən bankdan şikayətçi olanlardan biri də “Eynallı qardaşlar” MMC-nin direktoru, iş adamı Nazim Eynallıdır.

O, açıqlamasında deyib ki, “Bank VTB” onu və digər iş adamlarını qanunsuz olaraq incidir, Azərbaycandan qaçmağa vadar edir:

“Mən 20 ilə yaxındır ki, Azərbaycandan xaricdə yaşamışam. Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. 2016-cı ilin yanvar ayında ölkə Prezidentinin müraciətindən sonra Azərbaycana qayıdaraq, “Eynallı qardaşları” MMC şirkətini yaratmışam. Şirkətimiz kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğuldur. Ancaq Azərbaycandakı banklar biz iş adamlarını qorumaq əvəzinə, bizi ölkədən qaçırır. Banklar qanunların da tələblərinə məhəl qoymurlar. Misal üçün qanunda göstərilir ki, əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri banklardan 30 min manata qədər vəsaiti maneəsiz götürə bilərlər. Ancaq “Bank VTB” qanunun tələblərini pozaraq, 30 min manatı da vermir. Mən kənd təsərrüfatı məhsulunun ixracı ilə məşğulam. Əslində, mənə ümumiyyətlə pul nəğdləşdirilməsində məhdudiyyət yoxdur. Qanun da bunu tələb edir”.
İş adamı qeyd edib ki, Hesablama Palatasının onun haqlı olduğunu sübut edən məktubu da mövcuddur:
“Bunu təsdiq edən Hesablama Palatasının məndə məktubu da var. Həmin məktubda yazılır ki, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan iş adamlarına banklar tərəfindən pul məhdudiyyəti yoxdur. Yəni, mən iş adamı olaraq istədiyim qədər pul nəğdləşdirə bilərəm. Ancaq istənilən şəxs isə 30 min manata qədər vəsait götürə bilər. Neçə gündür ki, mən “Bank VTB”-yə müraciət etmişəm, amma pul vermirlər. Neçə vaxtdır ki, mallar maşınlarda qalıb, xarab olur. Bu vəsait də öz halal pulumuzdur, xaricə məhsul satışından əldə olunub. Bütün bunlara baxmayaraq, “Bank VTB” bizim halal pulumuzu vermir”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün “Bank VTB”-nin telefonları ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.

Ölkə.Az
Prezidentin çağırışı ilə Azərbaycana qayıdan iş adamını “Bank VTB” ölkədən qaçmağa vadar edir — ŞİKAYƏT
Prezidentin çağırışı ilə Azərbaycana qayıdan iş adamını “Bank VTB” ölkədən qaçmağa vadar edir — ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ