Sabah kənd Əhmədlinin işığı fasilələrlə yanacaq
- 1-11-2017, 15:20
- 57 156
Fasilələrin yaranmasına səbəb “Azərenerji” ASC-yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir. Təmir işlərilə əlaqədar olaraq kənd Əhmədli yaşayış massivinin bir hissəsində - Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələrində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.