Fədayəni “Qoca”yla gizli görüşdürən rəis işdən çıxarılıb
Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və sevgilisi “Qoca” ləqəbli Etibar Məmmədovla bağlı daha bir detal ortaya çıxıb.
Məlumata görə, təxminən bir il əvvəl Şirvan Müvəqqəti Saxlanma Təcridxanasından Bakıya gətirilən Etibar Məmmədovla sevgilisi Fədayə Laçının yolüstü gizli görüşü təşkil edilib.
Həmin görüş üçün avtoritetin istintaq təcridxanasının rəisinə 500 dollar ödədiyi bildirilir. Faktın üstü açıldıqdan bir neçə ay sonra Şirvan MST-nin rəisi Zöhrab Sarıyev işdən qovulub.
Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...