XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin”

Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin”

Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin”
31-10-2017, 10:04

“Yeni Azərbaycan” qəzetinin parlament müxbiri Nardar Bayramlının 5 yaşlı oğlu Tunar autizm xəstəliyindən əziyyət çəkir.

Məlumata görə, övladının 2 ildir bu xəstəlikdən əziyyət çəkdiyini bildirən jurnalist onun müalicəsinə kömək edilməsi üçün bank hesabı açıldığını bildirib:

“Oğlum autizm xəstəsidir. Autizm sindromunun nə qədər böyük bəla olduğunu, yəqin, hamınız bilirsiniz. Bu problemin dərmanlarla müalicəsi yoxdur, daha çox psixoloqlar məşğul olur və bir uşağın normallaşması üçün illərlə vaxt tələb olunur. Biz də iki ildir ki, Tunarı uşaq autizm-psixologiya mərkəzlərinə fasiləsiz olaraq aparırıq. Artıq oğlumun 5 yaşı var. Bu problem elədir ki, uşağın yaşı artdıqca onun müalicəsi çətinləşir. Autizm olan uşaqların reabilitasiyası ilə uşaq psixologiya mərkəzləri məşğul olur və onların əksəriyyəti ödənişlidir. Həm də bu ödənişlər yüksəkdir. Tunarı psixologiya mərkəzinə apardığımız iki il müddətində azacıq irəliləyiş hiss olunurdu. Nitqi açılmışdı, göz kontaktı az da olsa yaranmışdı”.

Jurnalist bildirib ki, Tunarda olan müsbət dəyişikliklər çox çəkməyib və onun vəziyyəti yenə ağırlaşıb. Nardar Bayramlı övladını müalicə etmək üçün imkanı olmadığını, onun üçün ayda yalnız 300-400 manat xərcləyə bildiyini vurğulayıb və kömək istəyib.

5 yaşlı Tunar Bayramlıya kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər.
Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin”
Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin”
Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.