XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » MTN getdi, Şirəliyevin qohumu sahibkarların “qanını içir” - İttihamlar

MTN getdi, Şirəliyevin qohumu sahibkarların “qanını içir” - İttihamlar

MTN getdi, Şirəliyevin qohumu sahibkarların “qanını içir” - İttihamlar
30-10-2017, 08:35

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karant Müfəttişliyi sahibkarların “qanını içməkdə” ittiham olunur
Məlumata görə, vəkil Aslan İsmayılov da Feysbuk səhifəsində bu məsələyə toxunub.
MTN getdi, Şirəliyevin qohumu sahibkarların “qanını içir”
Onun sözlərinə görə, burada hər ay iş adamlarından həyasızcasına milyonlarla rüşvət alınır. Aydındır ki, iş adamları da həmin xərclərini malların üstünə qoymaqla bizlərdən çıxırlar.
Bu idarə sadəcə olaraq kiminsə göstərişi ilə iş adamlarına heç bir ehtiyac olmayan gigiyenik sertifikat satır.
Demək, istənilən qida məhsulu Azərbaycan Respublikası sərhəddinə gələndə gömrük işçiləri yük maşınlarını açmadan gətirilən malın, dünyanın heç bir yerində tələb olunmayan, gigiyenik sertifikatını istəyir.
Hərçənd ki, ehtiyac olduğu halda Gömrük Komitəsinin işçiləri gələn malların keyfiyyətini özlərində olan laboratoriyada yoxlaya bilərlər.
İş adamları da gələn malların gömrük sənədləri ilə birlikdə həmin sertifikatı təqdim edirlər. Həmin sertifikatların alınma qaydası da anormaldır.
Çünki açılmayan maşının içindəki malın keyfiyyətini heç kim müəyyən edə bilməz. Ona görə də iş adamları sənədləşmədə adı keçən malların hərəsindən bir nümunə ya özlərində olandan, yaxud da ki, dükandan alıb 350 – 500 manat (müştəridən asılı olaraq) rüşvətlə birlikdə həmin idarəyə təqdim edirlər.
Məlumata görə, nümunə təqdim etməmək də olar. Bunun üçün yenə 300-500 manat arası əlavə rüşvət tələb olunur.
Vəkil qeyd edir ki, nə qədər maraqlansam da ödənilən pul barədə bir nəfər də qəbz alan tapa bilməyib. Həmin idarədə şıdırğı alver getsin deyə sertifikatların etibarlılıq müddəti 6 aydır.
Burada başqa biabırçılıq da var. 20 tonluq bir maşında 10 ədəd qida məhsulu (məsələn eyni zavodda istehsal olunan cürbəcür peçenyelər, konfetlər) varsa hər ad üçün ayrıca sertifikat tələb olunur.
İndi təsəvvür edin, 20 tonluq maşınla bahalı şərab məhsulları gəlir. Aydındır ki, bir növ şərabdan 100-200 şüşə ola bilər. Demək maşının keçməsi üçün yüz ədəd sertifikat almaq lazımdır.
Yəqin ki, çoxları keyfiyyətli və münasib qiymətə olan Ukrayna-Belarus qida məhsulları haqqında eşitmisiniz. Bu yaxınlarda onları da görməyəcəksiniz, çünki onlar da bazara girmək üçün bir maşında bir neçə çeşiddə mal gətirirdilər.
Məhz bu sertifikatlar ucbatından malın qiymətinin çox bahalaşdığından artıq işlərini dayandıracaqlar.
Vəkil bildirib ki, bu idarənin ancaq rüşvət yığılması üçün yaradıldığı və vaxtilə orada keçmiş MTN naziri Eldar Mahmudovun qohumunun işlədiyini də hamı bilir.
İndi isə sadəcə əl dəyişib və həmin idarədə səhiyyə naziri Oqtay Şirəliyevin qohumu işləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.