SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Torpaq kartımızı başqalarına veriblər!" - "Kapital Bank"dan şikayət var

"Torpaq kartımızı başqalarına veriblər!" - "Kapital Bank"dan şikayət var

Tarix:

10-02-2017, 10:11

/ 2 462 dəfə oxundu.
"Torpaq kartımızı başqalarına veriblər!" - "Kapital Bank"dan şikayət var

Redaksiyamıza Biləsuvar rayonunda yaşayan Ruslan Kəlbiyev tərəfindən şikayət daxil olub. Şikayətçi bildirir ki, "Kapital Bank"ın Biləsuvar filialında kəndlilərin torpaq kartları müəyyən qədər rüşvət qarşılığında filialın rəhbəri tərəfindən imkanlı şəxslərə satılır.
Bankın müdiri Mahir Sultanlı Biləsuvarda qeydiyyatda olub, özü Rusiyada yaşayan vətəndaşların məxfi pinkodlu kartlarını etibarnamə tələb etmədən bəzi şəxslərə verir. Ruslan Kəlbiyev dəfələrlə öz qardaşlarına məxsus torpaq kartlarını bankdan almaq üçün getsə də, hər dəfəsində kobud rəftarla qarşılaşıb. Bu hadisə yalnız Ruslan Kəlbiyevin yox, onun bir neçə həmkəndlisinin də başına gəlib.
Şikayətçinin sözlərinə görə, bu prosesdə bir vaxtlar Mahir Sultanlının sürücüsü olmuş Vüsal Əzimlinin birbaşa əli var. Rayon sakinləri Mahir Sultanlının qəbulunda olub, öz haqlarını tələb edəndə isə, bank müdiri onlara hədə-qorxu gəlib. Bu bankın yiyəsiz olmadığını deyib.

Məsələ ilə bağlı bütün aidiyyati qurumlara müraciət olunub. Sakinlər bu problemin qısa zamanda həll olunmasını səbrsizliklə gözləyirlər. Mәsәlә ilә bağlı münasibәtini öyrәnmәk üçün "Kapital Bank"ın Bilәsuvar filialı ilә әlaqә saxlamaq istәdik, ancaq zәngimizә cavab verәn olmadı.

Qarşı tәrәfin mövqeyini dinləmәyә hazırıq.

Şərhlər

XƏBƏR LENTİ