Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoyub
Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 43 saylı binanın 5-8 bloklarında yaşayan 50 ailə evlərindən çıxarılıb. Bu il yanvarın 13-də sakinlərə deyiblər ki, 2 gün ərzində evi boşaldın, bina qəzalı vəziyyətdədir.
Sakinlər onlara heç bir sənəd təqdim olunmadığına, təminat verilmədiyinə görə evi boşaltmaqdan imtina ediblər.
Yanvarın 25-də binanın işığı, qazı kəsilərək sakinləri çıxmağa məcbur ediblər. Ailələrə pərakəndə şəkildə 200-300 manat kirayə haqqı verilib.
Hələ də binanın taleyi haqqında sakinlərə heç bir məlumat verilməyib.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sakinlərin bu vəziyyətə hələ neçə müddət tab gətirməli olduğunu sorduq. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, bu addım sakinlərin təhlükəsizliyi baxımından atılıb. Çünki onların yaşadıqları bina tam qəzalı şəraitdədir: "Sakinlərin köçürülməsi vacib idi. Çünki bu bina qəzalıdır və bu addımı bədbəxt hadisəyə yol verməmək üçün atmışıq. Fövqəladə Hallar Nazirliyi və digər dövlət strukturları bununla bağlı hazırda araşdırma aparırlar. Onların rəyindən asılı olaraq bina ilə bağlı qərar qəbul edəcəyik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...