Kəmaləddin Heydərovun oğlu "milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi (FOTO)
Bakının "milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində "Qəbələ” idman klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus mənzilin xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi itib.
T.Heydərov sözügedən sənədin etibarsız sayılması üçün "Xalq” qəzetinin bugünkü sayında elan yerləşdirib.
Elanda deyilir ki, 2005-ci il iyulun 20-də Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi (TİMHQİ) tərəfindən Heydərov Tale Kəmaləddin oğlunun adına verilmiş FM seriyalı 037080 nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Elanda itən sənədin qeydiyyat ünvanı kimi Bakı şəhəri, T.Əliyev küçəsi göstərilir.
"Ölkə.Az”


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...