Nazirdən qrip və kəskin respirator virus infeksiyaları ilə bağlı əmr
Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyeva bildirib ki, nazir 2017-2018-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə əmr imzalanıb. Əmrə əsasən, səhiyyə müəssisələrində, orta məktəblərdə, məktəbəqədər və digər təhsil müəssisələrində dezinfeksiya tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub.
O əlavə edib ki, əmrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, dərman preparatları ilə təminat, laborator müayinələrin təşkili, səhiyyə və təhsil müəssisələrində müşahidə tədbirlərinin təşkili, xəstələrin aşkarlanması, onların vaxtında tibbi müşahidələrə və müalicəyə cəlb olunması və s. kimi məsələlərlə əlaqədar profilaktik və əks-epidemik tədbirlərin görülməsi öz əksini tapıb. Həmin əmrə əsasən, ölkədə bütün kompleks tədbirlər həyata keçirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...