SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binədə 14 saatdır işıq yanmır - ŞİKAYƏT

Binədə 14 saatdır işıq yanmır - ŞİKAYƏT

Tarix:

17-10-2017, 11:01

/ 63 020 dəfə oxundu.
Binədə 14 saatdır işıq yanmır - ŞİKAYƏT

Binə qəsəbəsində 14 saatdır ki, işıq yoxdur. Bu barədə qəsəbə sakinləri məlumat verib. Onlar bildiriblər ki, elektrik enerjisi dünən 21:00 radələrində kəsilib və hələ də bərpa edilməyib.

“Qafqazinfo” məsələylə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, ərazidə elektrikin verilməsi səhər saatlarından dayandırılıb və görülən işlərlə əlaqədardır:

“Yay mövsümündən qış mövsümünə keçidlə əlaqədar yarımsatanstasiyada təftiş işi aparılır. Əhali bu barədə məlumatlandırılıb. Elektrikin bərpası qısa müddət ərzində bərpa ediləcək”.

Şərhlər

XƏBƏR LENTİ