Nəsimi rayonunda Mircəlal Paşayevin adını daşıyan küçədə natəmizlik hökm sürür
- 16-10-2017, 11:22
- 59 665
Bu barədə narazılıq bildirən sakinlər həmin küçədə 44 və 48 nömrəli binaların qarşısında dar bir ərazidə yeni bina inşa olunduğunu və işlər başlayandan indiyədək həmin yerdən zibil qablarının yığışdırıldığını deyiblər. Sakinlər məcburiyyət qarşısında zibil tullantılarını küçəyə atdığı üçün ərazi artıq zibilxanaya çevrilib.
Böyük alimimizin adını daşıyan bu küçədəki vəziyyət heçdə ürəkaçan deyil. Yenicə təmir işləri aparılmış bu ərazidəki acınacaqlı vəziyyətlə bağlı dəfələrlə Nəsimi rayon İH dəki məsul şəxslərin diqqətinə çatdırılsa da, heç bir addım atılmayıb və problem həll olunmayıb.