SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra başçısı hesabat verdi - Fotolar

İcra başçısı hesabat verdi - Fotolar

Tarix:

7-02-2017, 15:54

/ 1 762 dəfə oxundu.
İcra başçısı hesabat verdi - Fotolar

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

İH-dən xalqxeber.az-a daxil olan xəbərə görə, icra başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas haqda məlumat verib.

A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial- mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini rayonun sosial-iqtisadi inkişafını əks etdirən slayd-şounun nümayişi ilə diqqətə çatdırıb.

Hesabat dövrü ərzində Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda və orijinal layihə əsasında inşa edilmiş 4 ədəd yaşayış binasının, həmçinin Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verildiyi, sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyi, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işlərinin artıq başa çatdırıldığı və tikinti işlərinə başlanıldığı qeyd olunub.

Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 2405 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 27 səyyar görüş və qəbullar zamanı edilən 259 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 650 müraciətdən 490-nın tam həll olunaraq, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və digər şəxslər çıxış edib.

Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2016-cı ildə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
İcra başçısı hesabat verdi - Fotolar
İcra başçısı hesabat verdi - Fotolar
İcra başçısı hesabat verdi - Fotolar
İcra başçısı hesabat verdi - Fotolar
İcra başçısı hesabat verdi - Fotolar
İcra başçısı hesabat verdi - Fotolar
İcra başçısı hesabat verdi - Fotolar
İcra başçısı hesabat verdi - Fotolar

Şərhlər

XƏBƏR LENTİ