Rəşid Mahmudovun adından saxta dərman biznesinin reklamında istifadə olunur
Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov onun adından saxta dərman biznesinin reklamında istifadə edikləri üçün Səhiyyə Nazirliyinə şikayət edib.
Bu haqda məlumat verən R.Mahmudov bildirib ki, işbazlar təkcə onun deyil, Səhiyyə Nazirliyinin də adından yararlanıblar:
“Adımdan Rusiya istehsalı olan oynaq ağrılarında istifadə edilən məlhəmin reklamında istifadə ediblər. Leyla Orucova adlı şəxs adımdan yazdıqları 4 səhifəlik rəydə bildirib ki, Səhiyyə Nazirliyi də guya bu məlhəm haqqında müsbət rəy verib. Mənə bu haqda heç bir şirkət müraciət etməyib. Adımdan yazıblar. Hətta tibb elmlər doktoru olduğum halda, məni professor kimi təqdim ediblər. Mən də bundan xəbər tutanda Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etdim. Dedim ki, bu işbazlar nazirliyin adından da istifadə ediblər, bu haqda tədbir görün. Guya nazirliyin də müsbət rəy verdiyi bu məlhəm maral buynuzundan hazırlanıb. Bəla burasındadır ki, tanınmış adamlar, millət vəkilləri durmadan mənə zəng edirlər ki, haqqında rəy verdiyiniz o məlhəmdən hardan ala bilərik”.
R.Mahmudov qeyd edib ki, işbazların əməllərindən şikayətçidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...