Bakıda "üzən" avtobus – FOTO
Bakıda sərnişin avtobusu çuxura düşüb.
Hadisə dünən səhər saatlarında Mehdiabad - "Azadlıq prospekti" metrostansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində baş verib.
Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan "göl"ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Hadisə şahidlərinin dediyinə görə, batan avtobusun sərnişinlər "Qazel" vasitəsilə yolun quru hissəsinə daşınıb.
Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq, ərazidə su çəkilmir, gediş-gəlişin asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə nəqliyyat vasitəsi qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...