"Bolluq" fabrikində insan sağlamlığı üçün təhlükəli vəziyyət (FOTOFAKT)
Dənli bitkilər, un və un məmulatları istehsal edən Bolluq MMC-yə məxsus fabrikdə antisanitariya vəziyyəti hokm sürür.
Bu barədə həmin fabrikdə çalışan, məhz bu antisanitariya vəziyyətinə görə fabrikdə çalışmaqdan imtina edən işçi məlumat verib.
Fabrikdə müxtəlif çeşidli şokolad, peçenye, vafli, kökə, kurabiyyə, priyanik, keks, rulet istehsal olunsa da işçilər fabrikdə şalvarlarının balağlarını çirmələyib işləyir, paltarlarını isə elə istehsal bölümündəki pilləkənə asıblar.
Bunu fotolardan da görmək mümkündür. Şikayətçi qeyd edir ki, qida istehsalı olan fabriklərdə təmizlik ön planda olmalıdır, lakin onlar insanların sağlamlığı ilə oynayırlar.
Şikayətçinin sözlərinə görə, fabrikdə çalışanlar girişdə əl və ayaqlarını belə strelizə etmirlər.
Məsələ ilə bağlı “Bolluq MMC” ilə (12 347 83 12) əlaqə saxladıq. Lakin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı olduğunu iddia edən, lakin adını açıqlamayan şəxs şikayətin nə olduğunu dinləmədən səs tonunu ucaldaraq təkzib etdi.
baku.ws






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək