7 müəllim yığışıb bir dərslik yazıb, o da səhv - FOTO
Məktəblilərə yol hərəkəti qaydalarını öyrədən dərslikdə kobud səhvlər qeydə alınıb. Dərslik aşağı sinif sagirdlərinə yol hərəkəti haqqında yanlış bilgilər verir.
Bu fikirlərlə “Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib. Ekspert 3-cü sniflər üçün nəzərdə tutulmuş “Qiymətləndirmə” kitabının müəlliflərini tənqid edərək bildirib ki, uşaqları yanlış istiqamətdə məlumatlamndırmaq təhlükəlidir:
“3-cü sinif üçün nəzərdə tutulan "Qiymətləndirmə" adlı kitabda yol hərəkətinə dair 6-ci və 7-ci suallara baxdım. 6-cı sualın düzgün cavabı variantlar arasında ümumiyyətlə yoxdur. Həm də variantların hamısında terminoloji səhv var. 7-ci sualda isə işıqfor yol nişanı kimi göstərilib.
Bu ktabın 7 müəllifi var: 6-sı müəllimə, biri müəllim. Bilmirəm, onlardan sürücülük hüququ olan var, ya yox. Məncə, zəif sürücü də bu səhvlərə yol verməməlidir. Əsas problem isə bu deyil, yanaşma tərzidir. Belə elementar səhv kitabda necə dərc oluna bilər? Məsuliyyət hissimizi bu qədərmi itirmişik? Belə yanaşma ilə biz hara gedirik, nəyə nail oluruq?”
Qeyd edək ki, yeni dərs ilinin başlaması ilə dərsliklərdə yol verilən kobud səhvlərlə bağlı gedən xəbərlərin sayı artıb.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək