Roza Zərgərlinin evində işləyən hamilə qadın döyüldü
Müğənni Roza Zərgərlinin evində xadimə işləyən hamilə qadın baldızının əri tərəfindən döyüldüyünü iddia edib.
ARB TV-də efirə gedən “Çıxış yolu Afət Rahilqızı ilə” verlişində qaynana gəlininin nəvələri ilə birlikdə evdən getdiyini deyib. Aparıcı ilə söhbət zamanı gəlini Şəfəqin müğənni Roza Zərgərlinin evində xadimə işlədiyi məlum olub. Daha sonra aparıcı Afət Rahilqızı Şəfəqin evi tərk etmə səbəbini öyrənmək üçün telefon əlaqəsi saxlayıb. O, baldızı və onun yoldaşı tərəfindən döyüldüyünə görə, evi tərk etdiyini deyib.
“2002-ci ildə ailə həyatı qurdum, toyumuz oldu. Hamiləydim, baldızımın əri məni döyürdü. Bundan sonra mən evi tərk etdim və bir daha geri qayıtmadım. O zamandan etibarən mənə iki uşağımı böyütməyə imkan vermirlər.”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...